Rusiya Türkiyədəki prezident və parlament seçkilərini böyük diqqətlə izləyir.
Elchi.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov mayın 15-də jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə şəffaf seçkiləri təmin etməyə və qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan dövlətdir:
“Rusiya ilə Türkiyə arasında əməkdaşlıq, həqiqətən, qarşılıqlı faydalıdır. Bu əməkdaşlıq hər iki ölkənin və xalqların maraqlarına cavab verir”.
Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var
Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...