Ukrayna Prezidenti Vladimir Zelenski komandanların iclasını çağırıb.
Elchi.az xəbər verir ki, bununla bağlı Vladimir Zelenski Teleqram kanalında məlumat verib.
“Bölmələrin düşməni dayandırması, hətta onu bəzi istiqamətlərdə geri atması ilə bağlı general Sırskinin hesabatını eşitdik. Bundan başqa, baş komandan Valeri Zalujnı, müdafiə naziri Aleksey Reznikov, qoşunların əməliyyat-strateji qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavskinin də hesabatını dinlədik”, – Zelenski bildirib.
Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...