Çin hakimiyyəti Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın istənilən nəticələrindən faydalana biləcək. Elchi.az Financial Times-ə istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici Xidmətinin rəhbəri Josep Borrell bu ehtimala işarə edib.
Avrodiplomatiyanın rəhbəri bildirib ki, Qərb üçün Çin problemi Rusiyanın problemindən qat-qat çətindir. “Çinin ambisiyası açıq-aydın ÇXR mərkəzli yeni dünya nizamı qurmaqdır. Rusiyanın Ukraynadakı məğlubiyyəti Çinin trayektoriyasını dəyişməyəcək”, – deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, Borrell həmçinin Moskvanın ritorik dəstəyinə baxmayaraq, Aİ-nin Pekinlə Ukrayna münaqişəsi ilə bağlı “ciddi şəkildə məşğul olmağa” hazır olduğunu vurğulayıb.
Havar Şəfiyeva