Türkiyənin Suriya ilə bağlı heç vaxt ərazi iddiası olmayıb. Ankaranın məqsədi terrorla mübarizədir.
Elchi.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada Rusiya, İran və Suriya XİN rəhbərlərinin mayın 10-da keçirilən dördtərəfli görüşünü şərh edərkən deyib.
O bildirib ki, tərəflər həmçinin Suriyada siyasi prosesin bərpası və sabitliyin yaradılması yollarını müzakirə ediblər:
“Biz xarici işlər nazirləri səviyyəsində təmasları davam etdirəcəyik. Yol xəritəsi hazırlandıqdan və lazımi baza formalaşdıqdan sonra liderlər səviyyəsində də danışıqlar mümkündür”.
Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib
ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...