Ermənistan başqalarının dedikləri ilə oturub-durmamalıdır.
Elchi.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində baş tutan brifinqdə deyib.
O bildirib, Ermənistanın regiondakı yeni reallıqlara uyğun davranması həm bölgə, həm də onların özlərinin xeyrinədir:
“Azərbaycanla Türkiyə birgə Ermənistana sülh əlini uzadıb. Ankara və Bakı uzadılan sülh əlinin tutulmasını istəyir. Biz sülh istəyirik. Çünki belə olarsa, yəni Türkiyə, Azərbaycan və Ermənistan arasında sabitlik təmin olunarsa, ardınca Gürcüstan, İran və Rusiya da buraya qoşularsa, Cənubi Qafqazda təhlükəsizlik təmin olunar. Bu, hər kəsin xeyrinədir. Bunu izah etməyə çalışırıq”.
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb – VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı video paylaşılıb. Elchi.az xəbər verir ki,...





















Son şərhlər