ABŞ dövlət katibi Entoni Blinken Tel-Əvivdə İsrail prezidenti İsaak Hersoqla görüşüb.
Elchi.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 7-də Qəzzaya hücumlar başlayandan bəri 7-ci dəfə gəldiyi İsraildə təmaslarına başlayıb.
Nazir Blinken İsrail prezidenti İsaak Hersoqla görüşüb. Hersoq görüşün əvvəlindəki çıxışında, “Girovların (Qəzzada) ən qısa zamanda geri qaytarılmasını arzu edirik. Bu, beynəlxalq ictimaiyyətin əsas prioritetidir və olmalıdır”.
Blinken, “Girovların evlərinə qayıtmasına imkan verəcək atəşkəs razılaşması əldə etmək və bunu dərhal etməkdə qərarlıyıq” -deyib. İndiyə qədər atəşkəs əldə olunmamasında HƏMAS-ı günahlandıran Blinken, “Masada bir təklif var, dediyimiz kimi, gecikmələr və bəhanələr olmamalıdır. Girovların öz yerlərinə qaytarılmasının vaxtıdır.”
Blinken, atəşkəslə yanaşı, Qəzzadakı insanlara və ehtiyac duyduqları yardıma diqqət yetirməli olduqlarını vurğulayıb.
Nuranə Məmmədova