İtaliyada partlayış

134

İtaliyanın Milanın mərkəzində baş verən partlayışdan sonra çoxlu avtomobillər alovlara qərq olub.
Elchi.az xəbər verir ki, İtaliya mediası partlayışın oksigen qazı qutuları daşıyan furqonda baş verdiyi ehtimalını bildirib.
SkyTG24 televiziyası Milanın Porta Romana rayonundan yüksək qara tüstü buludlarını və hadisə yerində yanğınsöndürənləri göstərən görüntüləri yayımlayıb.
Yanan avtomobillər qısa müddətdə söndürülərkən ətrafdakı binaların pəncərələrindən tüstü çıxdığı görülüb.
“Corriere della Sera” qəzeti ibtidai məktəb və yaşayış binasının təxliyə edildiyini yazıb.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb.

Nuranə Məmmədova