Nyu York Böyük Münsiflər Heyəti keçmiş ABŞ prezidenti Donald Trampa qarşı ittiham aktının hazırlanmasına səs verib. Beləliklə, ilk dəfə olaraq ABŞ prezidentinə qarşı ittiham aktının hazırlanmasına qərar verilib.
Elchi.az bildirir ki. Tramp bu qərara sərt reaksiya verib. Onun sözlərinə görə, ABŞ indi üçüncü dünya ölkəsidir.
Onun vəkili Trampın çərşənbə axşamı məhkəməyə gələ biləcəyini deyib.
Nyu Yorkda aparılan araşdırmada Trampın iki qadınla əlaqəsi olduğu və onlara susmaları üçün pul verdiyi iddiaları müzakirə edilib.
Trampın keçmiş vəkili Maykl Koenin də əleyhinə ifadə verdiyi istintaqda böyük münsiflər heyəti şahidləri dinləyib və sübutları araşdırıb.
Münsiflər heyəti Trampın impiçmentinə, yəni ona qarşı ittiham aktının hazırlanmasına səs verib. Beləliklə, ilk dəfə olaraq eks ABŞ prezidentinə qarşı ittiham aktı hazırlanacaq.
Yeganə