Peskov qeyd edib ki, bu cür qüvvələr, bir qayda olaraq, hər iki tərəfin razılığı ilə istifadə olunacaq.
Elchi.az xəbər verir ki, Aİ sülhməramlılarının Ukraynaya mümkün yerləşdirilməsinin müzakirəsi potensial olaraq çox təhlükəli mövzudur, Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Əgər hansısa ciddi danışıqlardan danışırıqsa, bu, potensial olaraq son dərəcə təhlükəli müzakirədir. Dünya təcrübəsində bu cür qüvvələr, bir qayda olaraq, hər iki tərəfin razılığı ilə istifadə olunur, bu halda bu, potensial olaraq çox təhlükəli mövzudur”, – Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə bildirib.
Şayəstə