"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İranda etirazlar davam edir

14 Dekabr 2022 - 12:06
in XƏBƏR LENTİ
FacebookVatsap

İranda etiraz aksiyaları davam edir.

Bunu da oxuyun

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

Elchi.az xəbər verir ki, Şəhrikürd, Saqqız, Sənəndəc, Şiraz, Tehran, Məşhəd və bir sıra şəhərlərdə davam edən etirazlarda “Qadınlara azadlıq, millətlərə istiqlal!”, “Pişəvəri, ruhun şad olsun!”, “Azadlıq, ədalət, milli hökumət”, “Məcid Rza, sən uyudun, biz hamımız oyandıq”, “Diktatora ölüm!”, “Azadlıq!” və digər şüarlar səsləndirilib.

Kohgəliye-Buyer Əhməd əyalətinin Dehdəşt şəhərində etirazçı gənclər hərbi yardım qüvvələrinin bazasını “Kalaşnikov”la atəşə tutublar.

Qərbi Azərbaycan əyalətinin Sarıdaş (Sərdəşt) şəhərində keçirilən aksiyalar zamanı həbs edilən Şəhriyar Adili adlı gənc İran rejiminin işgəncələri nəticəsində həlak olub.

Şərqi Azərbaycan əyalətində bir qrup azərbaycanlı milli-mədəni fəal “21 Azər” (12 dekabr) münasibətilə divarlara milli şüarlar yazıblar. Fəallar 1945-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı əsasən aşağıdakı şüarları Təbrizdə divarlara yazmaqla milli hərəkatın tələblərini gündəmə gətiriblər: “21 Azər”, “Milli Hökumət”, “Pişəvəri”, “Azadlıq, Ədalət, Milli Hökumət” və s.

Təbrizdə şəhərində Güney Azərbaycan Milli Hökumətinin ildönümü qeyd olunub. “Qadınlara azadlıq, millətlərə istiqlal!”, “Pişəvəri, ruhun şad olsun!”, “Azadlıq, ədalət, milli hökumət!” şüarları səsləndirilib.

Eyni zamanda, Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən azərbaycanlı fəal Hüseyn Məhəmmədiyan öz mağazasında həbs edilib.

Tehran əyalətinin Əndişə şəhərində “Bəsic” qüvvələrinin bazası qəzəbli gənclər tərəfindən yandırılıb.

“Human Rights Activists News Agency”nin məlumatında bildirilir ki, etirazlarda öldürülənlərin sayı 490 nəfərdir. Bunlardan 68-i uşaqdır, 62-si hökumət qüvvəsidir. İndiyədək 18 262 nəfər həbs edilib ki, bunlardan da 3788-nin şəxsiyyəti və saxlanma yeri müəyyənləşdirilib. Həbs olunanların 626-sı tələbədir. Bugünədək 1175 aksiya keçirilib. 161 şəhər və 144 universitetdə aksiyalar keçirilib.

Avstriyada, Almaniyada, Parisdə və Londonda molla rejiminin əleyhinə aksiyalar keçirilib.

İran İnsan Haqları Təşkilatı 1 nəfərin edam edildiyi və 2 nəfərin edam qabağı təkadamlıq kameraya köçürüldüyünü bildirib.

İsrailin “Mako” informasiya saytı xəbər verir ki, “Black Reward” haker qrupunun “Fars” xəbər agentliyinə hücumu zamanı ələ keçirdiyi məlumatlara əsasən, İran ordusunun 115 əsgəri ölkədə davam edən etirazlar zamanı həbs edilib.

BMT İnsan Haqları üzrə Ali Komissarlığı İranda edamların dayandırılmasına çağırış edib.

Bundan başqa, Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirib.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən isə bildirilib ki, İranda sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya gələrək sığınacaq istəyən İran vətəndaşlarının sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə iki dəfə çoxdur.

Previous Post

Aİ Cənub-Şərqi Asiya ilə “yenidən əlaqə” yaratmaq istəyir

Next Post

Erməni mediası: Benzin və dizel yanacağı tükənib

Bənzər yazılar

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin...

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO

02 Oktyabr 2026 - 15:24

Son illər Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərdə bir sıra layihələrin icrası sürətlə davam etdirilir. Azərbaycanın işğaldan...

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

02 Oktyabr 2026 - 14:31

"Azərbaycanın tarixi ərazisi olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində mülki şəxsləri...

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39

İndi Yaxın Şərq regionu üçün həssas dövrdür, çünki Amerika qanunları pozur. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın...

Next Post
Erməni mediası: Benzin və dizel yanacağı tükənib

Erməni mediası: Benzin və dizel yanacağı tükənib

Erməni mediası: Benzin və dizel yanacağı tükənib

Erməni mediası: Benzin və dizel yanacağı tükənib

Son xəbərlər

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25
Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

02 Oktyabr 2026 - 18:12
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

02 Oktyabr 2026 - 17:44
Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

02 Oktyabr 2026 - 17:37
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:33
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

02 Oktyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.