Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb.
Elchi.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Anar Əsədli bu gün Türkiyəyə səfərə gedərkən məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub.
Partiya başqanı məlumatı təsdiqləyib.
“Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, – deyə Anar Əsədli bildirib.
Qeyd edək ki, Anar Əsədlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən külli miqdarda dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlar yayılmışdı.
Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir
Azərbaycan ilə Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü...