Berlin senatoru və keçmiş Berlin meri Franziska Giffey kitabxanada hücuma məruz qalıb.
Elchi.az xəbər verir ki, Yerli kitabxanaya baş çəkən Franziska Giffey bir kişinin ona ağır əşya ilə vurması nəticəsində yaralanıb.
Polisin verdiyi açıqlamada, təcavüzkarın yerli iqtisadiyyat naziri və SPD üzvü Giffinin başında və boynuna sərt əşya olan çanta ilə vurduğu bildirilib.
Xəstəxanaya aparılan Giffinin vəziyyətinin yaxşı olduğu öyrənilib.
Berlin senatoru Franziska Giffey sosial şəbəkədə uzun bir paylaşım edərək işini davam etdirəcəyini, lakin siyasi fəal insanların getdikcə daha çox hücumlara məruz qalmasından narahat olduğunu bildirib.
Hücum son vaxtlar Almaniyada siyasətçilərə qarşı hücumların artması ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib.
Bir müddət əvvəl 4 alman gənc Avropa Parlamentinin Sosial Demokratlar Partiyasından olan deputatı Matias Ekkeyə şiddətli hücum həyata keçirib və Ecke ağır yaralanıb. Drezdendə SPD üçün qanun layihəsinin posterlərini asarkən Ecke təpiklənib və döyülüb.
İfrat sağçı və radikal partiyalara bağlı şəxslər tərəfindən həyata keçirilən bu hücumlar təkcə Almaniyada deyil, son vaxtlar Belçika, İspaniya və İsveçdə də baş verib.
Avropa Komissiyasının sədri Ursula von der Leyen də daxil olmaqla sağ mərkəzçi qruplar ifrat sağçıların bu son hücumlarını pisləyən məktubu imzalamaqdan imtina ediblər. Məktubu Avropa Parlamentindəki digər qruplar da imzalayıb.
Digər tərəfdən, Avropa Parlamentindəki Sol qrup Avropada ifrat sağın yüksəlişinin təməl insanlar və azadlıqlar üçün təhlükə olduğunu açıqlayıb.
Şayəstə Hüseynova