Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin bəyanatına görə, dünya bu ilin ən isti aprelini geridə qoyub.
Dünya yanır. Qlobal istiləşmənin təsirləri artmaqda davam edir.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) verdiyi açıqlamada, keçən ay orta hava istiliyinin 15,03 dərəcə olaraq ölçüldüyü və dünyada indiyə qədər ən isti aprelin yaşandığı bildirilib.
2024-cü ilin aprel ayı temperatur rekordunun qırıldığı ardıcıl 11-ci ay idi. Bildirilib ki, 2024-cü ilin aprel ayı sənayedən əvvəlki 1850-1900-cü illərin orta aprel ayı ilə müqayisədə 1,58 dərəcə Selsi isti olub.
Bildirilib ki, son 12 ayda (2023-cü ilin may-2024-cü il aprel) qlobal orta temperatur 1850-1900-cü illərin sənayedən əvvəlki dövrünün orta göstəricisindən 1,61 dərəcə isti olub və bu, indiyə qədər qeydə alınan ən isti 12 aylıq dövr olub.
Bildirilib ki, Şərqi Avropa regionunda havanın temperaturu əsasən orta səviyyədən yüksək olub.
Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti bildirir ki, temperaturun artmasının əsas səbəbi insanların yaratdığı istixana qazlarının emissiyalarının artmasıdır.
Şayəstə Hüseynova