Rusiyanın Ukrayna ilə bağlı məqsədləri hamıya məlumdur, bu məqsədlərə həm danışıqlar, həm də xüsusi hərbi əməliyyat (SVO) vasitəsilə nail olmaq mümkündür.
Elchi.az Tass-a istinadən xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov söyləyib.
Peskov qeyd edib ki, martda keçirilən danışıqlarda Rusiyanın məqsədləri ətraflı şəkildə Ukrayna tərəfinə çatdırılıb və ukraynalılar bunu yaxşı bilirlər:
“Ona görə də bizim və prezidentimizin mövqeyi tam başa düşülür. Bununla belə, Kiyev Rusiya tərəfi ilə danışıqların davam etdirilməsinin qeyri-mümkünlüyünü söyləyib”,-deyə Peskov bildirib.
Yeganə