Nigeriya fevralın 25-də keçiriləcək prezident seçkilərinə hazırlaşarkən, Müstəqil Milli Seçki Komissiyasının (INEC) sədri Mahmud Yakubu ictimaiyyəti zorakılıqdan çəkinməyə çağırıb.
Elchi.az xəbər verir ki, INEC prezidenti Yakubu ötən həftə iki INEC ofisinə edilən hücumlardan sonra təcili iclas keçirib.
Yığıncaqdan sonra mətbuata açıqlama verən Yakubu, komissiyanın seçki kampaniyasına sentyabr ayında başlayandan bəri seçki ilə bağlı 50 zorakılıq hadisəsi baş verdiyini bildirib.
Yakubu 2023-cü ilin fevralında keçiriləcək prezident seçkilərinə hazırlaşarkən zorakılığın güclənməsindən narahat olduğunu qeyd edərək, ictimaiyyəti zorakılıqdan çəkinməyə çağırıb.
Nigeriyada 25 fevral 2023-cü ildə keçiriləcək prezident seçkilərində yarışacaq 18 namizəd və partiya lideri 29 sentyabrda sülh müqaviləsi imzalayıb.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər