Ukrayna həlak olmuş daha 38 hərbçinin meyitini Rusiyadan geri qaytarıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi “Telegram”da məlumat yayıb.
“Ukrayna uğrunda canlarından keçmiş hərbçilərin meyitləri təhvil verilib. Bu gün 38 müdafiəçinin meyitini yaxınlarına qaytarmaq mümkün olub”, – məlumatda deyilir.
Əməliyyat itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenkonun və Ukraynanın hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib.
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
Polşa indi avronu iqtisadiyyata daxil etməyə hazır deyil. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın maliyyə naziri Ancey...