Ukrayna həlak olmuş daha 38 hərbçinin meyitini Rusiyadan geri qaytarıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi “Telegram”da məlumat yayıb.
“Ukrayna uğrunda canlarından keçmiş hərbçilərin meyitləri təhvil verilib. Bu gün 38 müdafiəçinin meyitini yaxınlarına qaytarmaq mümkün olub”, – məlumatda deyilir.
Əməliyyat itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenkonun və Ukraynanın hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib.
İran “Starlink” məsələsi ilə bağlı Norveçə etirazını bildirib
İran Norveçin Tehrandakı səfirini çağıraraq, ölkəni "Starlink"in İran ərazisindəki icazəsiz fəaliyyətinə qarşı zəruri tədbirlər görməməkdə ittiham edib. Elchi.az xəbər verir...





















Son şərhlər