“İranın Araz çayı istiqamətində Azərbaycanla sərhəddə yaxın ərazidə keçirdiyi təlimlər regionda Azərbaycanın mövqeyinin dəyişəcəyi və yaxud bunu ciddiyə alacağı gözlənilmir. Ümumiyyətlə, Ermənistan rəhbərliyi dəhliz məsələsində spekulyasiya etdiyinə görə İran Zəngəzur dəhlizinə görə təlimlər keçirir. Əgər, N. Paşinyan imza atdığı Bəyannamənin öhdəliklərini əməl edərsə, Tehran rejimin bu kimi təlimləri baş verməzdi”.
Elchi.az bildirir ki, bu fikirləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə FB hesabında bildirib:
“Qeyd edim ki, İran üçüncü hərbi təlimlərdi keçirir. Amma, Azərbaycan öz mövqeyində dayanır və “Zəngəzur” dəhlizinin açılmasını tələb edir.
İranın bu təlimlərinə cavab Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Zəngəzura səfəri çərçivəsində Zəngilan aeroportunun açılışı ilə veriləcək. Məhz Şərqi Zəngəzurda Türk hərbi birliyin daimi dislokasiya yaradıla bilər. Burada Zəngilan aeroportunun mühafizəsi və regionda təhlükəsizliyin təmin edilməsi istiqamətində atılmalıdır.
Azərbaycan İrana assimetrik cavab verir və bununla Tehran rejiminin bu kimi “təhdidləri” nəticəsiz qalır.
Tehranın Ankara ilə Cənubi Qafqaz uğrunda mübarizəsi nəticəsizdir. İran daxilində siyasi xaosa gətirib çıxara bilər”.
Şayəstə