Latviya Seymi Latviya Pravoslav Kilsəsinin Moskva Patriarxlığının hakimiyyəti altından çıxması haqqında qanun layihəsini təsdiqləyib.
Elchi.az xəbər verir ki, ölkə prezidenti Egils Levitsin təqdim etdiyi qanuna təcili surətdə baxılıb.
Seymin İnsan Hüquqları və İctimai Əlaqələr Komissiyasının sədri Artuss Kayminş qeyd etdiyi kimi, bu qanun Latviya Pravoslav Kilsəsinin tarixi müstəqilliyini təmin edəcək.
Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...