"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Birinci vitse-prezidentin uğur marafonu

21 Fevral 2022 - 13:14
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycanın bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında milli birliyin və vətəndaş həmrəyliyinin rolu misilsizdir. Son illərdə idarəetmə sahəsində həyata keçirilmiş yeniliklər isə əldə edilmiş uğurların qorunub artırılmasının, islahatların ardıcıl davam etdirilməsinin təkanverici qüvvəsinə çevrilib.

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Konstitusiya  islahatları ilə bağlı referendumun nəticələrinə görə, Azərbaycanda Birinci vitse-prezidentlik institutu yaradıldı. Ölkəmizin ali icra hakimiyyətində belə bir təsisatın yaradılması müasir şəraitdə idarəetmənin səmərəliliyini və çevikliyini artırdı. Prezident İlham Əliyevin  2017-ci il 21 fevral tarixli Sərəncamına əsasən, Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi.  

Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında bu yüksək dövlət postunda çalışmağın məsuliyyətini belə dəyərləndirdi: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır… Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.  

Birinci vitse-prezident Mehriban xanım Əliyeva fəaliyyətə başladığı ilk gündən dövlət başçısının bu böyük etimadını yüksək səviyyədə doğruldub. O, həmişə cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, eləcə də, müxtəlif istiqamətlərdə yeni uğurlu layihələr reallaşdırmağa böyük səy göstərir. Onun Birinci vitse-prezident kimi ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etməsi heç də təsadüfi deyildi. Sayı 1 milyona çatan bu bəlaya düçar olmuş insanlar belə müstəsna diqqət və qayğı böyük bir qəlbin və yüksək dərəcədə mərhəmətli fəaliyyətin təcəssümü idi.

Ötən 5 ildə Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkənin ali idarəçilik sisteminə müasirlik və çeviklik gətirib. Onun təşəbbüsü ilə ölkə əhalisinin əlçatan və keyfiyyətli təhsilə qovuşması yönündə gerçəkləşdirilən layihələr bu sahədə ciddi yeniləşmə ilə nəticələnmişdir. Birinci xanım  Azərbaycan əhalisinin sağlamlığının qorunmasına dair daim müxtəlif  təşəbbüslərlə də çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində ardıcıl və təsirli tədbirlər həyata keçirir.  

Humanist addımlarının sayı- hesabı olmayan Mehriban xanım Əliyeva ölkədə ekoloji problemlərin həlli, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətlərində önəmli missiya həyata keçirir. Müasir dövrdə Azərbaycanın beynəlxalq miqyasda tanınmasında Mehriban xanım Əliyevanın önəmli rolu, həyata keçirdiyi siyasət çağdaş dünyada yeni bir örnəyə çevrilib. Onun rəhbərliyi ilə hazırlanan, Azərbaycanda və ondan kənarda keçirilən rəngarəng tədbirlər ölkənin beynəlxalq səviyyədə nüfuzunun daha da artmasına yardımçı olub.

Mehriban xanımın rəhbərliyi ilə ölkəmizdə təşkil edilmiş beynəlxalq tədbirlər Azərbaycanın güc və qüdrətini, xalqımızın xoş məramlarını bütün dünyaya nümayiş etdirir. 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları Birinci vitse-prezident Mehriban Əliyevanın təşkilatçılıq qabiliyyəti  sayəsində ən yüksək səviyyədə keçirildi. Mehriban Əliyevanın 2019- cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə səy göstərməsi və buna nail olması da ölkəmizin beynəlxalq imicinin daha da yüksəldilməsinə xidmət etdi.

Birinci vitse- prezident kimi Mehriban xanım bütün işlərində böyük ustalıq, məharət sərgiləyib. Onun bu xoşməramlı fəaliyyəti  ölkənin “Yumşaq güc” siyasətinə yeni uğurlar qazandırıb. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dost  ölkələrinin sayının artmasında Birinci vitse-prezidentin xidmətləri misilsizdir.

Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri dünyanın bir çox ölkələrini, hətta inkişaf etmiş dövlətlərin humanitar həyatını da əhatə edir. Azərbaycanın birinci xanımının rəhbəri olduğu Heydər Əliyev Fondu uzun illərdir ki,  ölkənin humanitar, mədəni diplomatiyasının uğurlu təminatçısına çevrilib.

Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə ölkəmizdə keçirilimiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri kimi tanınır. Birinci vitse-prezidentin xarici siyasətində ölkələrarası mədəni-humanitar əməkdaşlığın qurulması da üstünlük təşkil edir. Bu istiqamətdə Mehriban xanım Əliyevanı  Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər dövlətlərin birinci xanımları, eyni zamanda, dövlət idarəetməsində yüksək vəzifə tutan qadınlarla keçirdiyi çoxsaylı səmərəli görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi önəm daşıyır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli, irimiqyaslı fəaliyyəti ölkə rəhbərliyi, eləcə də xarici dövlətlərin nüfuzlu dairələri tərəfindən yüksək dəyərləndirilir və təqdir edilir. Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinə görə Mehriban xanım Əliyeva  Azərbaycanın ən ali dövlət təltifləri olan “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür.  Azərbaycanın Birinci xanımı beynəlxalq arenada yüksək səviyyəli fəaliyyətinə görə ölkə hüdudlarından kənarda da önəmli mükafatlarla təltif olunub.

Fransanın ” Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə “, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın  IX Piy Ordeninin Böyük Xaçı, Polşanın ” Xidmətlərə görə”  Böyük Komandor Xaçı, Pakistanın ” Hilall-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı,  Rus Provaslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı,  BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Mintana Formunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, eləcə də bir sıra bu kimi dəyərli təltiflər Mehriban xanım Əliyevanın bəşəriyyət qarşısında önəmli xidmətlərinə verilmiş layiqli qiymətlərdir.

Çoxşaxəli fəaliyyətinə görə təltif edildiyi mükafatların arxasında peşəkarlıq və təcrübə, bilik, prinsipiallıq, xeyirxahlıq eləcə də yüksək ağıl və iradə, ən önəmlisi isə öz xalqına, vətəninə, ölkəsinə insanlığa, ümumiyyətlə, bəşəriyyətə olan sevgi, qayğı və diqqət dayanır. Bu gün bu nəcib və zərif Azərbaycanın əzəmətli rəhbər fəaliyyətinin ən böyük mükafatı xalqın sevgi və rəğbətidir. Mehriban xanım Əliyevanın ölkənin  müxtəlif sahələrdə inkişafına göstərdiyi önəmli xidmətlər dünyanın hər yerinə səs salmaqda, örnək kimi yayılmaqdadır.

Azərbaycan mədəniyyətini beynəlxalq səviyyələrdə geniş təqdimatı bu lider qadının titanik fəaliyyətinin göstəricisidir. Bu istiqamətdə Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq Azərbaycanın milli sərvəti olan muğam sənəti beynəlxalq arenaya çıxarılıb, tanıdılıb, sevdirilib. O, Azərbaycan xalqının milli ənənə və bəşəri dəyərlərinin dünyada tanıdılması üçün  çoxsaylı tədbirlərin keçirilməsinə böyük təşəbbüs göstərib və bu misiyasını yüksək səviyyədə gerçəkləşdirib. Müxtəlif ölkələrdə keçirilən mədəni tədbirlər dünya ictimaiyyətinin ölkəmizi tanımasına, öyrənməsinə şərait yaradıb.      

Xalqımızın dini dəyərlərinə göstərdiyi diqqət və qayğı ilə də seçilən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlərin inşasını, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirib. Mehriban xanım Əliyeva uzun illər boyu  Azərbaycanda dost və qardaş olaraq yanaşı yaşamış bir sıra dinlərin özünəməxsusluğunu saxlaması, dini ayinlərin sərbəst şəkildə yerinə yetirilməsi istiqamətində də bir sıra rəğbət doğuran layihələrə də imza atıb.

Beləliklə, Mehriban xanım Əliyeva 2004-cü ilin avqustunda Azərbaycanda zəngin milli mədəni irsin  qorunması və inkişaf etdirilməsində sərgilədiyi xidmətlərə görə UNESCO-nun, 2006-cı il noyabr ayında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin  təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə İSESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.  

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas ana xəttini ölkəmizdə həssas əhali qrupları ilə işləmək, onlara dəstək olmaq, diqqət və qayğı göstərmək təşkil edir. Bu istiqamətdə birinci xanımın Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və onların doğmalarına qayğısı ölkədə xüsusilə böyük məmnunluq yaradır. Dövlətin bir sıra sosialyönümlü  layihələri məhz Mehriban xanım Əliyevanın başçılığı altında reallaşdırılıb. Heydər Əliyev Fondu davamlı olaraq aztəminatlı ailələrin sosial ehtiyaclarını qarşılayıb, onların zəruri ehtiyaclarının ödənilməsinə yardımçı olub. Bakıda eləcə də, regionda yerləşən körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, eləcə də pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrin ehtiyacları, tələbatları daim birinci xanımın nəzarətində olub.

Birinci xanımın təşəbbüsü ilə ölkəmizdə bir sıra irimiqyaslı ekoloji layihələr gerçəkləşdirilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007- ci il Novruz bayramı ərəfəsində start götürmüş “Hərəyə bir ağac əkək” kampaniyası hər il uğurla davam etdirilir. Kampaniyaya respublikanın bütün bölgələrində adamlar həvəslə qoşulur, bu çağırışa dəstəklərini bildirirlər. Bu çərçivədə ölkənin bütün guşələrində milyonlarla ağac əkilmiş və təbiətə yeni nəfəs qatılmışdır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu çoxcəhətli fəaliyyəti, illər boyu müxtəlif sahələrdə göstərdiyi xidmətlər, insanlara göstərdiyi humanist, tolerant, qayğıkeş münasibət ona xalqın sonsuz sevgisini, hədsiz rəğbətini qazandırıb. Yenilməz iradəsi, əzmakrlığı ilə başladığı bütün işləri uğurla başa vurması, həmişə ümummilli fəaliyyətin önündə olması onu müstəqil Azərbaycan dövlətin ikinci yüksək rəhbərinə, cəmiyyətin şəriksiz qadın liderinə çevirib.

Rəşad Mahmudov,

Milli Məclisin Səhiyyə

Komitəsinin sədr müavini,

YAP İdarə Heyətinin üzvü,

Tibb üzrə elmlər doktoru

Previous Post

“Böyük müharibədən qaçmağın mümkün olacağına inanıram”

Next Post

AMB-nin valyuta məzənnələri

Bənzər yazılar

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp Ayı öz ölkəsinin mülkiyyəti elan edib. Elchi.az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında...

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

07 Sentyabr 2026 - 10:35

*Ateroskleroz* jurnalında dərc olunan yeni bir araşdırma, göz ətrafında görünən solğun, qabarıq sarı ləkələrin (ksantelazma) ürək tutması, insult və keçici...

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Esvatini Krallığının müstəqillik gününü təbrik edib. Elchi.az xəbər verir ki, XİN bununla bağlı sosial şəbəkə...

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə...

Next Post
AMB-nin valyuta məzənnələri

AMB-nin valyuta məzənnələri

AMB-nin valyuta məzənnələri

AMB-nin valyuta məzənnələri

Son xəbərlər

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

07 Sentyabr 2026 - 17:15
Tanzaniya Prezidentinin həyat yoldaşı vəfat edib

Tanzaniya Prezidentinin həyat yoldaşı vəfat edib

07 Sentyabr 2026 - 17:10
Yağış yağır, külək əsir, Şamaxıya dolu düşüb – FAKTİKİ HAVA

Yağış yağır, külək əsir, Şamaxıya dolu düşüb – FAKTİKİ HAVA

07 Sentyabr 2026 - 16:59
Abşeron Milli Parkında astro kamp təşkil edilib

Abşeron Milli Parkında astro kamp təşkil edilib

07 Sentyabr 2026 - 16:55
Qubada kanaldan meyit tapıldı

Qubada kanaldan meyit tapıldı

07 Sentyabr 2026 - 16:50
Kiyevdə kütləvi tədbirlər qadağan edildi: Komendant saatının qrafiki dəyişir

Kiyevdə kütləvi tədbirlər qadağan edildi: Komendant saatının qrafiki dəyişir

07 Sentyabr 2026 - 16:37
Azad edilmiş ərazilərdə daha 168 mina, 1390 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 168 mina, 1390 PHS aşkarlanıb

07 Sentyabr 2026 - 16:25
Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “açıq qapı günü” keçirib

Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “açıq qapı günü” keçirib

07 Sentyabr 2026 - 16:19
Yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

07 Sentyabr 2026 - 16:08
Rusiya Misirdə “F-35″i nümayiş etdirəcək

Rusiya Misirdə “F-35″i nümayiş etdirəcək

07 Sentyabr 2026 - 16:00
Hazırda Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

Hazırda Ahıllar Evində 214 şəxsə sosial xidmət göstərilir

07 Sentyabr 2026 - 15:51
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

07 Sentyabr 2026 - 15:42
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı

07 Sentyabr 2026 - 15:30
Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

07 Sentyabr 2026 - 15:16
“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

07 Sentyabr 2026 - 15:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.