"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

662 bal toplayıb, oxuya bilməyəcəyi deyilən qız danışdı

01 Avqust 2017 - 18:09
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

Bu il III qrup üzrə keçirilmiş qəbul imtahanında 662 bal toplamış Zərdab rayonunun Yarməmmədbağı kənd tam orta məktəbinin məzunu Aytən Şirin qızı Şirinova ixtisas seçimini etməyib. 

Bu barədə report-a açıqlamasında abituriyentin özü məlumat verib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə barəsində yazılmış xəbərlər əsassızdır, şayiədən başqa bir şey deyil: “Düzdür, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil almaq niyyətindəyəm. Amma ixtisas seçimi ilə bağlı qərarımı hələ bu gün verəcəyəm. Əgər ixtisas seçimi etməmişəmsə, kimdən yardım istəyə bilərəm ki?! Sadəcə yazılanlar mənim adımdan sui-istifadə olunmaqla qələmə alınıb”.

Yarməmmədbağı kənd tam orta məktəbinin direktoru Kamal Soltanov “Report”un yerli bürosuna deyib ki, bu il iki məzun 600-dən çox bal toplayıb: “Aytən kimi, 645 bal toplamış Cavahir Əmrahova da ixtisas seçimini bu gün edəcək. Hər ikisi qürurumuzdur və daima əlaqə saxlayırıq. Onların heç birindən bizə köməklə bağlı müraciət daxil olmayıb”.

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Ramoh Hacıyev isə “Report”un yerli bürosuna daima uğur qazanan gənclərə dəstək olmağı əsas vəzifələrdən biri kimi qəbul etdiklərini bildirib: “Hələlik ixtisas seçimi etməyən gənc nə kimi xahiş edə bilər, anlamırıq? Biz rayon təhsilinə uğur qazandıran Aytən kimi balalarımıza hər zaman yardımçı olmağa hazırıq. Düzdür, indiyədək bizə müraciət daxil olmayıb, amma ona diqqət göstərməkdə qərarlıyıq”.

Qeyd edək ki, A.Şirinova Zərdab rayonunun Lələağacı kəndinin sakinidir. Sosial şəbəkələrdə onun BDU-nun Hüquq fakültəsinə daxil olduğu, lakin qalmağa yeri və kitab-dəftər almağa pulu olmaması səbəbindən ali təhsil ala bilməyəcəyi iddia edilib.

***

Zərdab rayonunda ali məktəblərə qəbul imtahanından 662 bal toplayaraq hüquq fakültəsinə daxil olan tələbənin sevinci kədərə çevrilib.

Aznews.az xəbər verir ki, sözügedən tələbə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Amma ailəsi imkansız olduğundan tələbə təhsil ala bilməyəcək.

Belə ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu yoxdur. Yaxın vaxtlarda bu problem həllini tapmasa, tələbə qız kənddə qalacaq və universitetdə təhsilini davam etdirməkdən məhrum olacaq.

Zərdab rayon İcra hakimiyyəti 662 bal toplayaraq hüquq fakültəsinə daxil olan tələbə ilə bağlı məsələyə aydınlıq gətirib.

İcra hakimiyyətindən verilən məlumata görə 662 bal toplayan Şirinova Aytən Şirin qızı rayonun Yarməmmədbağı kəndinin sakinidir:

“Hazırda bu məsələni araşdırırq. Bizə bu tələbənin problemi ilə bağlı müraciət olunmayıb”.

Rayonun Yarməmmədbağı kənd orta məktəbinin direktoru Kamal Sultanov açıqlamasında bildirib ki, Şirinova Aytən Şirin qızı bu il ali məktəblərə qəbul imtahanı verib və o 662 bal toplayıb: “O, hələ ixtisas seçimi etməyib. Onun hansı ali məktəbə qəbul olacağı, hələ ki, məlum deyil”.

Previous Post

662 bal toplayıb, oxuya bilməyəcəyi deyilən qız danışdı

Next Post

Açıq Hökumət Platforması hesabat verdi

Bənzər yazılar

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Elchi.az xəbər verir ki, müraciətdə deyilir:...

Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

06 Oktyabr 2026 - 09:58

Daxiliİşlər Naziriyi balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin...

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37

Prezident İlham Əliyevin yeni Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların...

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na...

Next Post

Açıq Hökumət Platforması hesabat verdi

Dolların sabaha olan məzənnəsi

Son xəbərlər

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

06 Oktyabr 2026 - 11:40
Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

06 Oktyabr 2026 - 11:32
Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

06 Oktyabr 2026 - 11:26
Gənclər arasında xərçəng halları artır

Gənclər arasında xərçəng halları artır

06 Oktyabr 2026 - 11:17
Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

06 Oktyabr 2026 - 11:08
Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

06 Oktyabr 2026 - 10:56
Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

06 Oktyabr 2026 - 10:46
Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

06 Oktyabr 2026 - 10:33
Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09
Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

Mühafizə olunan duracaqlarda avtomobillər üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub

06 Oktyabr 2026 - 09:58
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

06 Oktyabr 2026 - 09:47
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib

06 Oktyabr 2026 - 09:34
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

06 Oktyabr 2026 - 09:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.