66 yaşlı kral 6-cı dəfə evləndi

🗓 29.07.2014 00:30 ✍️ "Elçi" qəzeti
Zulusun 66 yaşlı kralı Hudvil Zvelitin altıncı dəfə evlənib. Lent.az-ın Times Live saytına istinadən məlumatınaimg1610354 görə, kralın növbəti arvadı Svazilendən olan 28 yaşlı Zola Mafidir.
Kralın toyunda 10 minə yaxın qonaq, o cümlədən CAR-ın prezidenti Ceykob Zuma, mərhum prezident Nelson Mandellanın xanımı Vinni də iştirak edib.
Zulusların kralı toya qara “Mercedes”də hərbçi və milli geyimdə olan zulusların müşayiəti ilə gəlib. Kralın 2 günlük toyunda 60 inək və onlarla qoyun kəsilib.
Qeyd edək ki, kral Zola Mafini hələ 10 il əvvəl seçibmiş. O zaman onun 18 yaşı olub. O zaman o, Svazilendin paytaxtı Mbabanda nüfuzlu kolleclərdən birində təhsil alırmış. H. Zvelitin Z. Mafiylə evlənmək üçün ailəsinə 20 inək verib. Halbuki ordakı adətlərə görə, 11 inək kifayət idi.

Bənzər yazılar