“Mayın 24-ə kimi 600 min vətəndaş birdəfəlik yardımla tam təmin olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Fazil Talıblı deyib.
Onun sözlərinə görə, hazırda 300 min vətəndaşın ikinci ayı üçün birdəfəlik yardım banklara köçürülüb:
“İnanırıq ki, banklar istirahət günlərinə kimi bütün ödəmələri vətəndaşların bank kartlarına köçürəcək. Hazırda 300 min vətəndaşın ikinci ayının ödənişi bankalara ödənilib. Bu həftənin sonuna kimi 600 min vətəndaşın ödəməsi tam təmin olunacaq”.
Fazil Talıblı qeyd edib ki, 190 manat birdəfəlik ödəmə bank kartına köçürüləndən sonra vətəndaş istəlinən vaxt onu ala bilər.
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA
Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat...





















Son şərhlər