Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləriylə 186 insan alveri cinayəti qeydə alınıb.
“Report” xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının (2019) müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.
Onun sözlərinə görə, hesabat ilində o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb.