“Mayın 24-ə kimi 600 min vətəndaş birdəfəlik yardımla tam təmin olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Fazil Talıblı deyib.
Onun sözlərinə görə, hazırda 300 min vətəndaşın ikinci ayı üçün birdəfəlik yardım banklara köçürülüb:
“İnanırıq ki, banklar istirahət günlərinə kimi bütün ödəmələri vətəndaşların bank kartlarına köçürəcək. Hazırda 300 min vətəndaşın ikinci ayının ödənişi bankalara ödənilib. Bu həftənin sonuna kimi 600 min vətəndaşın ödəməsi tam təmin olunacaq”.
Fazil Talıblı qeyd edib ki, 190 manat birdəfəlik ödəmə bank kartına köçürüləndən sonra vətəndaş istəlinən vaxt onu ala bilər.
BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gündən etibarən ölkəmizin bəzi ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi,...





















Son şərhlər