"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

6 günlük körpəni nənəsi öldürməyibmiş: Uşağın əsl qatili bilindi

19 Avqust 2017 - 10:44
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap
Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının ölümü ilə bağlı sözügedən kənddə yeni şayiələr yayılıb.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, iddiaya görə, ürəyinə iynələr sancılaraq öldürülüb, daha sonra su quyusuna atılan körpənin qatili heç də nənəsi Atifə Nurullayeva deyil.

Kənd camaatı iddia edir ki, körpəni öldürən onun doğma əmisi Faiq Nurullayevin həyat yoldaşı olub. Səbəb isə bir uşaqdan sonra ikinci uşağa hamilə qala bilməyən əmi arvadının, ikinci dəfə uşaq dünyaya gətirən qaynı arvadına qısqanclığıdır.

Bildirilir ki, hadisə baş verdikdən sonra polisə ilk olaraq məlumat verən körpənin atası Şaiq Nurullayev olub. Araşdırmadan sonra ilk şübhəli olaraq isə istintaqa körpənin əmisi F.Nurullayevin həyat yoldaşı cəlb edilib. Ancaq daha sonra bütün şübhələri körpənin nənəsi A.Nurullayeva öz üzərinə götürüb və hadisəni özü törətdiyini etiraf edib.

Ancaq darqubalılar iddia edib ki, ilkin araşdırma zamanı həmin gecə evdə olan hər kəsdən qan analizi götürülüb. Analizin nəticələrinə görə, evdə gecələyən hər kəsin qanında yuxu dərmanı aşkarlanıb, bircə öldürülən körpənin əmisi F.Nurullayevin həyat yoldaşından başqa.

Şayiələrə görə, hadisə baş verən gecə körpənin əmisi arvadı evdəkilərin yeməyinə yuxu dərmanı qataraq, hamını yatırdıb və hadisəni törədib.

F.Nurullayev isə həyat yoldaşının həbs edilməməsi üçün anasından qətli öz üzərinə götürməsini istəyib və beləliklə də A.Nurullayeva təqsirsiz olduğu halda qətli öz üzərinə götürüb.

Xatırladaq ki, A.Nurullayevanın hər iki gəlini öz qohumudur. Körpəsi öldürülən gəlini bacısının, körpəni öldürdüyü iddia edilən gəlini isə baldızının qızıdır. Gəlinlər arasında qısqanclığa səbəb də A.Nurullayevanın öz bacısı qızı olan gəlininə qarşı daha qayğıkeş olması olub.

Prokurorluqdan bildirdilər ki, baş vermiş hadisə ilə bağlı araşdırma davam etdiyi üçün heç bir məlumat verə bilməzlər.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən də bildirildi ki, məlum hadisə ilə bağlı ekspertizanın rəyi avqustun 20-dək məlum olacaq.

Qeyd edək ki, qan donduran hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. Öldürülən 6 günlük Nurullayeva Mələk Şaiq qızının anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Nurullayev körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib. Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın altıaxşam şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib.

  • 18.08.2017

    Bunu da oxuyun

    Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

    Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

    İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

    23:15

    6051

Previous Post

6 günlük körpəni nənəsi öldürməyibmiş: Uşağın əsl qatili bilindi

Next Post

Üç paytaxt arasında Qarabağa görə casus qalmaqalı – “kartlar” açılır…

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Next Post

Üç paytaxt arasında Qarabağa görə casus qalmaqalı - “kartlar” açılır...

Üç paytaxt arasında Qarabağa görə casus qalmaqalı - “kartlar” açılır...

Son xəbərlər

Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

07 Oktyabr 2026 - 17:03
Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

07 Oktyabr 2026 - 16:56
Ərdoğan və Putin Qara dənizdə təhlükəsizliyi və Ukrayna münaqişəsini müzakirə ediblər

Ərdoğan və Putin Qara dənizdə təhlükəsizliyi və Ukrayna münaqişəsini müzakirə ediblər

07 Oktyabr 2026 - 16:49
ADY-nin yükdaşımaları 11% artaraq 14 milyon tona çatıb

ADY-nin yükdaşımaları 11% artaraq 14 milyon tona çatıb

07 Oktyabr 2026 - 16:37
Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

Belçika səfiri azərbaycanlı tələbələri “Avropada Təhsil” sərgisinə dəvət etdi

07 Oktyabr 2026 - 16:27
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib

07 Oktyabr 2026 - 16:19
Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

Litva səfiri: Avropada təhsil alan azərbaycanlı tələbələr ölkənin inkişafına töhfə verirlər

07 Oktyabr 2026 - 16:10
BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00
Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə açıqlandı

07 Oktyabr 2026 - 15:53
“Qara dənizdə mülki gəmilərə hücumlar qəbuledilməzdir” – Leyen

“Qara dənizdə mülki gəmilərə hücumlar qəbuledilməzdir” – Leyen

07 Oktyabr 2026 - 15:30
BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

BMT nümayəndəsi: İtkinlərlə bağlı davamlı səylərin göstərilməsi vacibdir

07 Oktyabr 2026 - 15:16
Azərbaycandan Almaniyaya etiraz

Azərbaycandan Almaniyaya etiraz

07 Oktyabr 2026 - 15:08
Polşa müharibəyə hazırlaşmağa başladı

Polşa müharibəyə hazırlaşmağa başladı

07 Oktyabr 2026 - 15:00
Serbiya XİN: Azərbaycanla münasibətlər yüksək səviyyədədir

Serbiya XİN: Azərbaycanla münasibətlər yüksək səviyyədədir

07 Oktyabr 2026 - 14:52
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

Kimya üzrə Nobel mükafatı laureatları məlum olub

07 Oktyabr 2026 - 14:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.