57 yaşlı kişi quyuya düşdü

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Qaxda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, martın 25-də saat 19.00 radələrində Qax şəhəri, H. Z. Tağıyev küçəsi ev 1 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ləqman Mehdi oğlu Əhmədov travmatikşok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, Ləqman Əhmədovun “Qax Taxıl” Açıq Səhmdar Cəmiyyəti müəssəsinin həyətindəki quyuya yıxılaraq ağır qapalı kəllə-beyn travması aldığı məlum olub. Xəstəxanada ilkin tibbi yardım göstərilən xəstə müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Next Post

Son xəbərlər