Bundesliqa təmsilçisi “Bavariya”da çıxış edən Harri Keyn üç mövsümdən sonra Premyer Liqaya qayıda bilər. “Tottenhem”in meneceri Tomas Frank, hazırda bazar dəyəri 75 milyon avro olan 32 yaşlı hücumçunun transferi üçün qapını açıq qoyub.
2009-2023-cü illərdə “Tottenhem” də çıxış edən Harri Keyn üç mövsüm əvvəl “Bavariya” ilə müqavilə imzalayıb.
Elchi.az xəbər verir ki, Britaniya mətbuatında yer alan xəbərlərə görə, Premyer Liqa klubları Keynin gələn ildən qüvvəyə minəcək sərbəst buraxılma müddəasını ödəməyə hazırdır.
Harri Keynin keçmiş komandası “Tottenhem”in meneceri Tomas Frank İngiltərə Liqa Kubokunda “Donkaster”lə oyun öncəsi ulduz futbolçunun mümkün transferindən danışıb.
Thomas Frank, ” Bir çox Tottenham azarkeşi, o cümlədən mən Keynin qayıtmasını istəyir. Düzünü desəm, o, bunu dərhal edəcəyini düşünmürəm. O, yəqin ki, Bayern Münhendə qalacaq və yaxşı formasını davam etdirəcək. O, keçən ilin bombardiri idi. O, titul qazandı və hazırda fantastik şəkildə çıxış edir. Onun nə düşündüyünü bilmirəm. Bizə qoşulmaqdan məmnun olar .”
Nuranə Məmmədova





















