Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Tramp Ukraynanı sona qədər dəstəkləmək istədiyini göstərib.
Elchi.az xəbər verir ki, bu barədə “UNIAN” məlumat yayıb.
O, əlavə edib ki, Trampın ərazi güzəştləri ilə bağlı mövqeyi dəyişib.
“Düşünürəm ki, o, indi başa düşür ki, biz sadəcə olaraq əraziləri mübadilə edə bilmərik. Bu ədalətsizlikdir”, – Zelenski deyib.
Onun sözlərinə görə, Putinə görüş yeri kimi Qazaxıstan da təklif olunub.
“Biz Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Avropada, Avstriya və ya İsveçrə kimi neytral ölkələrdə görüşlər təklif etdik. Qazaxıstan kimi başqa yerdə istəsəniz belə, biz hazırıq” dedik”, – deyə Zelenski qeyd edib.
Yeganə





















