Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəyə Qərb liderlərinin reaksiyasını şərh edib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, Böyük Britaniyanın baş naziri və Almaniya kansleri Rusiya liderinin dediklərini müzakirə etmək üçün bir-biri ilə yarışmağa başlayıblar ki, bu da onun arqumentləri ilə razılaşmadıqlarını göstərir.
“Nə deyə bilərəm? Dərman hədəfə dəqiq dəyib, çünki Qərb dünyasının bəzi liderləri uzun sürən maye ishaldan əziyyət çəkirdilər”, -deyə Medvedev Teleqram kanalında yazıb.
Eyni zamanda o, qeyd edib ki, adətən dövlət başçıları öz həmkarları ilə bu cür müsahibələrə münasibət bildirmirlər.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, prezidentin Taker Karlsonla müsahibəsinin əsas məqsədinə nail olunub – Qərb liderləri bununla tanış olublar.
Almaniya kansleri Olaf Şolts ABŞ-da keçirdiyi brifinqdə Putinin müsahibəsini “gülünc” adlandırıb və Rusiya prezidentini bu müharibənin tarixi haqqında yalan danışmaqda ittiham edib.
Yeganə