Amerikalı iş adamı və “X” sosial şəbəkəsinin qurucusu İlon Mask ABŞ-ın respublikaçı senatorlarına Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişədə heç bir şəraitdə uduzmayacağını deyib. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
“X” sosial şəbəkə platformasının bir hissəsi olan “X Spaces” forumunda müzakirə zamanı senator Ron Conson qeyd edib ki, Ukraynanın qələbəsinə inanan hər kəs xəyal aləmində yaşayır. Mask onu dəstəkləyib və Ukraynaya hərbi dəstəyə qarşı çıxıb.
Mask əlavə edib ki, Ukraynada “Putinin uduzması mümkün deyil”. Milyarder Rusiya prezidentinin tərəfdarı olmaqda ittiham olunanda Mask bu cür ehtimalları absurd adlandırıb.
Havar Şəfiyeva