"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

3 gün “Xilafət”lə üz-üzə – REPORTAJ- II YAZ

09 Sentyabr 2015 - 17:55
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

“Uşağı mağarada qoyub gəldi, qurd-quşa yem oldu”

“Şükran Türkiyə, şükran Türkiyə”. Beləcə bir neçə dəfə təkrarlayıb əllərini göyə qaldırır. Gözlərini məchul bir nöqtəyə dikib dua edir. Sonra təkrar başlayır danışmağa. Amma hər cümləsinin başında xahiş edir ki, kameranı yığışdıraq. Çünki o tayda anası və atası qalıb. Hə, bir də əri qətlə yetirilmiş bacısı, iki uşağıyla.

 

 

 

 

Geriyə, Karkamışa qayıdırıq. Bir az da bu kənddən danışaq. Təsərrüfatla məşğuldurlar, əsasən fıstıq əkirlər. Elə dolanışıqları da fıstıqdan çıxır. Suriyada vətəndaş müharibəsi başlamazdan öncə bu ölkəylə, daha dəqiqi, Hələblə ticarətləri də olub. Müharibə başlayandan sonra sərhəd qapanıb. Düzdür, İŞİD qarşı tərəfi tutanadək gediş-gəliş zəif də olsa, davam edirmiş. Amma Ömərin dediyinə görə, indi oralara ayaq basmaq, həyatınla vidalaşmaq deməkdir.

 

***

 

İŞİD Cerablusu tutandan sonra Karkamışın da ağrılı günləri başlayıb. Təsəvvür edin, 7-8 min əhalisi olan bu kəndə 5-6 min də cerabluslu gəlib.

 

– Özümüzə bir zülmlə iş tapırıq, Nizipə, Urfaya, Antepə gedirik işləməyə. Bir yandan da bunlar. Adamın yazığı da gəlir. Başqa yerə də köçə bilmirlər. Yox, söhbət heç imkandan, puldan da getmir. Bunlar orada, Cerablusda çox yaxşı yaşayıblar. Çoxu da qızıl işinə baxıb. Yaxşı zərgərlər çıxıb bunlardan. Qohum-əqrəbaları var orada. Kiminin anası, kiminin bacısı, oğlu, qızı. Qoyub gedə bilmirlər. Hər an sərhədin o yanından xəbər gözləyirlər. Cerablusda atəş səsi gələndə, bunlar az qala havalanırlar. Görəsən, kimi güllələdilər. Niyə atdılar, kimi asdılar, kimi kəsdilər. Səksəkədə yaşayırlar. Bude, bu Afif, ailəsi oradadı. Bacısını götürüb qaçıb bura.

 

***

 

16-17 yaşı olar. Arıq, çəlimsiz bir gəncdir Afif. Anası yezidi kürdüdür, atası ərəb. Deyir, Cerablusu tutan günün səhəri 5-6 nəfər evlərinə soxulub. Atasını və onu döyüb bir otağa saldılar. Anası və bacısı Afifanı isə özləri ilə aparıblar.

 

– Kimsə bizi satıbmış ki, anam kürddür. Anamla atam 30 il bundan əvvəl evlənib. Bizə qədər 6-7 uşaqları olub. Hamısı da bir yaşına çatmamış ölüb. Sonra dalbadal biz doğulmuşuq bacımla. Haradan biliblər anam kürddür, bilmirik. Anamın yeri indi də məlum deyil. Öldümü, qaldımı, satdılarmı, xəbərimiz yoxdur. Bacımı isə satacaqlarmış. Nə bilim, kim çox pul verəcəksə, ona. Bacımı müsəlman hesab eləmir onlar. Bizim qəsəbədə 6-7 kürd ailəsi vardı. O ailələrdəki qadınların hamısı harasa apardılar. Xəbər çıxmadı.

 

Bundan sonra isə az qala trilleri xatırladır. 15 yaşlı Afifanı səhər Deqr az Zora aparacaqlarmış. Afif deiyr ki, orada İŞİD-in qadın bazarı var. Cavan qızları 250-300 dollar satırlar. Bir az yaşlıları 100, yaşı 45-i keçənləri hətta 50 dollara.

 

– Axşam atam və qonşularımız qərara gəldi ki, bacımı nəyin bahasına olursa-olsun xilas etsinlər. Pul da tapmışdılar. Amma iş təkcə pulla düzəlmirdi. Bunu onlara necə təklif edəsən? Onda qonşumuz xəbər gətirdi ki, İŞİD-çilərin arasında köhnə bir dostu var. Bəlkə o nəsə yardım edə bilər. Həmin adamla gecə görüşdülər. O, söz vermədi. Amma bacımın şəklini alıb getdi. İki saatdan sonra qonşumuza deyib ki, bacımdan xoşu gəldi, özü onu alacaq, bir sözlə, bu sevda baş tutmadı. Onda atam onun ayaqlarına düşüb yalvardı ki, həyat yoldaşı da itib, onların əlindədi, amma qızını da itirsə, havalanar. Allah xətrinə ona kömək etsin. O isə yumşalmaq bilmirdi. Atam daha çox pul vəd elədi. Hüsnü adlı həmin döyüşçü iki saat vaxt istədi. Atam haralara, kimlərə ağız açmadı? Səhər də açılırdı. Yadımda deyil, nə qədərsə qızıl idi, tapıb gətirdilər. Hüsnü başqa bir döyüşçüylə gəlmişdi. Dedilər, Cerablusda, köhnə məktəbin yanında səhərə yaxın gözləyək. Bacımı çıxaracaqlar bayıra. Elə beləcə də dedilər: “Nə yolla olursa-olsun, birbaşa Türkiyəyə rədd olun”. Səhər tezdən dedikləri kimi də elədilər. Bacımı gətirdilər. Yazıq qız, donub qalmışdı. Əsim-əsim əsirdi. Nə baş verdiyini belə anlamırdı. Atam məni və bacımı bələdçilərə təhvil verib, qayıtdı. Dedi ananızı da tapım, gələcəm. Bacımla bu tərəfə keçdik. Nə atamdan, nə də anamdan xəbər var. Bircə onu bilirik ki, bacımı qaçırandan sonra Hüsnünün başını kəsiblər. Atamı da tutublar. Kimsə Hüsnünü də satıbmış.

 

***

 

Söhbətə başqa bir cerabluslu qoşulur. Deyir, demək olar ki, hər gün orada baş verənlərdən xəbər tuturuq. “Zəng edirlər, çəkib göndərirlər” deyir.

 

– Bax, bu şəkildəki mənim əmim oğludur. Bu isə bacımın əri. Bunlar ən yaxınlarımdı. 17 qohumumu öldürüblər. Niyə görə? Kimisi bura qaçmaq istəyib, kimisinin də nə bilək, hansısa hərəkəti onların xoşuna gəlməyib. Atamla-anam isə hələ də oradadırlar. Telefonla danışırıq. Türkiyə nömrələri ilə. Biz tacir adamlardıq. Davadan əvvəl də hamıda Türkiyə nömrələri olub. Amma kimdə tutsalar, başı getdi. Gizlicə, gecələr zəng edirlər. O da bir dəqiqə, hal-əhval tuturuq, vəssalam. Mən anamla danışa bilmərəm ki? Səsimi eşidən kimi ağlayır, atam yenə bir-iki kəlmə deyir, tez də telefonu qapadır. Bax bunları – noutbukda şəkilləri göstərir – asfaltın üstündəcə sorğu-sualsız güllələyirlər. Hə, beləcə, hamının gözü qabağında, günün günorta çağı.

 

***

 

Bir-bir fotoları göstərir. Ardınca da iki-üç dəqiqəlik video görüntülər. Görüntülərin birinin üstündə dayanır.

 

– Bu, mənim bacımın ərinin meyitidir. Bax, bu yük maşınında ən üstdə olan. Buna bax, necə də meyiti təpikləyir. Allah bilir hara aparıb tullayıblar meyitləri. Bəlkə də yandırıblar. Ya da atıblar çaya.

 

Fərat çayını deyir. Çay düz Cerablusun yanından keçir. Deyir, o çaydan su içmək də düz deyil. Nə qədər günahsız insanın meyiti axıb o çaydan.

 

Bu isə Malikdir. Malikin danışdıqlarına isə dəmir əsəb lazımdı qulaq asasan.

 

Onun bacısı Rakkada ərdəymiş. (Yeri gəlmişkən, Suriyanın şimalında, Türkiyənin Şanlı Urfa vilayəti ilə sərhəddə yerləşən bu şəhər “xilafət”in paytaxtı elan edilib”) Rakka İŞİD-in əlinə keçəndə qaçhaqaç düşüb. Bacısıgil Akçakala istiqamətinə qaçıblar. Hava qaralanda bir mağarada gizləniblər. İki gün ac-susuz. Bacısının südəmər körpəsi də elə onun qucağında acından ölüb. Deyir, uşaq son anacaq barmaqlarını sordu.

 

– Sorub-sorub taqətdən düşüb. Bacım bir də görüb ki, rəngi ağappaqdı. Uşağı elə orada, mağarada qoyub gəlmişdi. Necə basdırsın, daş mağaranı qazsın? Qaldı orada, qurda-quşa yem oldu yəqin.

 

Göz yaşlarını saxlaya bilmir Malik. Deyir, özü də möcüzə nəticəsində sağ qurtula bilib Cerablusdan.

 

Əvvəl gəlmək istəmirmiş. Fikirləşib ki, müvəqqətidilər, bir-iki günə çıxıb gedəcəklər. Amma sonradan görüb ki, onların qoyduğu qaydalarla Cerablusda yaşamaq mümkün deyil.

 

– Bir dəfə axşam evə girdilər. Televizora baxırdıq. Televizoru gülləbaran edib məni döyə-döyə apardılar. 30 şallaq vurdular. Təkrar olunacağı halda, başımı kəsəcəklərini dedilər. Daha orada qalmaq olmazdı. Əvvəl istədik Hələbə gedək. Amma Hələbdə vəziyyət daha dəhşətlidir. Hər gün bomba yağır. Bir tərəfdən Əsəd, bir tərəfdən müxaliflər, bir tərəfdən İŞİD. Orada baş çıxarmaq mümkün deyil. Türkiyəyə qaçmaq qərarına gəldik. Buradan hara gedəcəyik, bilmirik. Karkamışın insanları sağ olsun, kömək edirlər. Düşərgə salıblar bir az aralıda. Amma orada yer yoxdur. Burada qarajda qalırıq. Hələ havalar bir az istidir, bir azdan soyuqlar başlayacaq. Allah özü kömək olsun, bircə ona borcluyuq heç olmasa sağ qaldığımıza görə…

 

Deyir, sabah gəl, qaçqınlar yaşayan kampda səni bir nəfərlə tanış edəcəm. Onunla mütləq görüş. Sənə elə şeylər danışsın ki…

 

(Davam edəcək)

 
(Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lent.az-ın birgə  “İŞİD həqiqətləri: reallıqlar, miflər” layihəsi çərçivəsində, Komitənin dəstəyi ilə hazırlanıb)

Previous Post

3 gün “Xilafət”lə üz-üzə – REPORTAJ- II YAZ

Next Post

İlham Əliyev: Azərbaycanda “Maydan hərəkatı” yaratmaq istəyirdilər

Bənzər yazılar

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib.  “İki sahil” xəbər verir ki, pop...

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

21 Oktyabr 2026 - 15:30

Avropa İttifaqı (Aİ) Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) birbaşa sərnişin dəmir yolu xəttinin çəkilməsini təklif edir. Məqsəd işçilərin və investorların...

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 11 %-ə yaxın artıb

21 Oktyabr 2026 - 14:43

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (92,94 Mbps) görə avqust ayına nisbətən 3 pillə geriləyərək 150...

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

21 Oktyabr 2026 - 13:09

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 373 cinayət işi başlanılıb....

Next Post

İlham Əliyev: Azərbaycanda "Maydan hərəkatı" yaratmaq istəyirdilər

İlham Əliyev: Azərbaycanda "Maydan hərəkatı" yaratmaq istəyirdilər

Son xəbərlər

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

21 Oktyabr 2026 - 17:59
“Barselona”nın müdafiəçisi Çempionlar Liqasında tarixə düşdü

“Barselona”nın müdafiəçisi Çempionlar Liqasında tarixə düşdü

21 Oktyabr 2026 - 17:45
İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

21 Oktyabr 2026 - 17:37
Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

21 Oktyabr 2026 - 17:25
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

21 Oktyabr 2026 - 17:23
İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15
İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fonduna dair sazişi təsdiqlədi

İlham Əliyev Azərbaycan-Qırğız İnkişaf Fonduna dair sazişi təsdiqlədi

21 Oktyabr 2026 - 17:05
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.