"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“27 ildən sonra düşmən işğalından azad edilmiş ilk rayon…”

04 Oktyabr 2022 - 16:59
in MÖVQE
FacebookVatsap

“Bu gün yaxın tariximizin ən əlamətdar günlərindən biridir. Belə ki, bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 2 il ötür. Mən bu münasibətlə iki il əvvəl olduğu kimi yenə də həm Cəbrayıl camaatını, həm də bütövlükdə xalqımızı təbrik edirəm. Çünki məhz həmin gün hər il Cəbrayılın işğal ildönümünün dərin kədər hissilə qeyd edilməsinə son qoyuldu və eyni zamanda digər torpaqlarımızın da mənfur erməni işğalından azad edilməsi üçün əlverişli əməliyyat şəraiti yaranmış oldu. Odur ki, biz bu tarixi günü qətiyyən unutmamalı və Şanlı Ordumuzun Cəbrayılı işğaldan azad etməsini gənc nəsilə, məktəblilərə qürur hissilə təbliğ etməliyik”.

Bunu da oxuyun

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Elchi.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov FB hesabında qeyd edib:

“Gəlin əvvəlcə o günlərə qısa bir ekskurs edək. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsinə məhz Füzuli-Cəbrayıl istiqamətindən başlamışdı. Və bu da dahiyanə düşünülmüş taktiki plan idi. 2020-ci ilin sentyabrın 27-də başlayan əks-hücum nəticəsində Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları nəticəsində öncə rayonun Böyük Mərcanlı, Nüzgar kəndləri, daha sonra 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri düşməndən təmizləndi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləri də erməni işğalından azad edildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad edilməsini oktyabrın 4-də xalqa müraciətində elan etdi. Bütün xalqımız həmin xəbəri ayaqda və sevinc gözyaşları ilə qarşıladı. Bu, Qələbəyə köklənmiş bir xalqın, torpaqlarını azad görmək istəyən bir toplumun gələcək zəfərlərinin ilk müjdəsi idi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edilmiş ilk rayon kimi tarixə düşdü.
Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikasının məhv edildiyi Cəbrayıl əməliyyatı nəticəsində Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Məhz buna görə də Cəbrayıl əməliyyatı hərbi-taktiki nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyan əməliyyat kimi yadda qalıb. Cəbrayılın mərkəzinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi oldu, sonrakı döyüş əməliyyatlarının taleyini həll etdi. Məhz Cəbrayıl əməliyyatından sonra artıq hər gün yeni-yeni ərazilərin işğaldan azad edilməsi ilə bağlı xəbərlər almağa, məşhur “tvit”ləri izləməyə vərdiş etdik. Bir sözlə, Cəbrayıl əməliyyatınının uğurla başa çatması Ermənistan silahlı qüvvələrinin “məğlubedilməz”liyi barədə mifləri darmadağın etdi, Azərbaycan Ordusunun döyüş əzmini və böyük potensialını üzə çıxartdı. Ordumuz bu qələbəsi ilə düşmənin mənəvi-psixoloji cəhətdən sınmasının, çöküşünün əsasını qoydu.
Müharibələrin bütün sonrakı taleyi demək olar ki, ilk döyüşlərdə həll olunur. Bu mənada, 44 günlük İkinci Qarabağ müharibəsinin taleyi də məhz Cəbrayıl döyüşlərində qazanılan qələbə ilə həll olundu. Biz bu qələbəni şəhidlərimizə, qəhrəman əsgər və zabitlərimizə borcluyuq. Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu medal bu gün bir çox igidlərimizin yaxasını bəzəyir.
Cəbrayıl əməliyyatının uğurla başa çatması bu torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanması üçün zəmin yaratdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması müasir tariximizin ən parlaq səhifələrindən biridir. Məhz Xudafərində üçrəngli bayrağımızın ucaldılmasının mühüm tarixi və siyasi əhəmiyyəti var. Bu, müharibənin ilk günlərində öz qoşunlarını Arazın bu tayına keçirən və bizim Ordumuzun yolunu kəsməklə geri çəkilməkdə olan Ermənistan silahlı qüvvələrinə nəfəsini dərməyə, özünü toparlamağa macal verən qonşu İranın namərd hərəkətinə cavab kimi də çox önəmli hadisə idi. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması məhz Azərbaycan xalqının bu torpaqların həqiqi sahibi olduğunu dostlarımıza da, düşmənlərimizə də nümayiş etdirdi. Azərbaycan xalqı bundan sonra bu torpaqlarda əbədi yaşayacaq. Ordumuz isə həmişə qürur və fəxarət mənbəyimiz olaraq qalacaq!”.

Şayəstə

Previous Post

“27 ildən sonra düşmən işğalından azad edilmiş ilk rayon…”

Next Post

Türkiyə-Rusiya qaz danışıqlarının təfərrüatı açıqlanıb

Bənzər yazılar

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

08 Oktyabr 2026 - 10:47

Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını Rusiya ilə qarşıdurmaya əsaslanan və dalana dirənən bir strategiya kimi qiymətləndirib....

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

Cənubi Koreya ilə Ukrayna arasında üzr gərginliyi artır

02 Oktyabr 2026 - 10:52

Cənubi Koreya Prezidenti Li Çe-myun (Lee Jae-myung) Ukraynanı iki Şimali Koreyalı hərbi əsirin Cənubi Koreyaya təhvil verilməsi faktını açıqladığına görə...

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Next Post
Türkiyə-Rusiya qaz danışıqlarının təfərrüatı açıqlanıb

Türkiyə-Rusiya qaz danışıqlarının təfərrüatı açıqlanıb

Türkiyə-Rusiya qaz danışıqlarının təfərrüatı açıqlanıb

Türkiyə-Rusiya qaz danışıqlarının təfərrüatı açıqlanıb

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.