"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

2024-cü ildən magistraturaya qəbul imtahanlarında yenilik olacaq

06 Yanvar 2022 - 13:00
in CƏMİYYƏT
FacebookVatsap

“Dövlət İmtahan Mərkəzi bütün istiqamətlər üzrə imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir, imtahanlarda istifadə olunan tapşırıqlar bazasını, habelə bilik və bacarıqların daha dəqiq yoxlanılmasına imkan verən qiymətləndirmə alətlərini təkmilləşdirir, yeni formatda yoxlama-ölçmə materiallarından istifadəyə üstünlük verir”.

Bunu da oxuyun

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır – FAKTİKİ HAVA

Elchi.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” jurnalının 1-ci nömrəsində yer alan “Ön söz”ündə bildirib. DİM sədri qeyd edib ki, ali təhsilin magistratura səviyyəsinə qəbul mexanizminin daha da təkmilləşdirilməsi, imtahanda istifadə olunan yoxlama-ölçmə materiallarının etibarlılıq səviyyəsininin yüksəldilməsi üçün hər il cari ildə keçirilən imtahanların nəticələrinin elmi-statistik təhlili də aparılır. Bu təhlillər əsasında ixtisaslı və peşəkar mütəxəssislərdən ibarət ekspert qrupunun iştirakı ilə imtahan proqramlarında, zərurət olarsa, müəyyən dəyişikliklər edilir, eyni zamanda imtahanın məzmunu ilə bağlı elmi-metodik işlər həyata keçirilir.

“Magistraturaya qəbul imtahanının, son iki ildə olduğu kimi, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada beynəlxalq təcrübəyə uyğun yalnız bir mərhələdə keçirilməsi və imtahanda məntiqi təfəkkürün, informatika və xarici dil üzrə biliklərin yoxlanılması nəzərdə tutulur. Növbəti imtahanda da bakalavrların bu sahələr üzrə biliklərinin yoxlanılması üçün qiymətləndirmə aləti olaraq test üsulundan istifadə olunacaq. DİM 2022/2023-cü tədris ili üçün də test imtahanını iki dəfə – bir dəfə fevral və ya mart ayında, ikinci dəfə isə may və ya iyun ayında təşkil etməyi planlaşdırır.

Magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq. Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların qəbul imtahanındakı nəticələri Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən etdiyi müsabiqə şərtini ödədikdə, onlar Mərkəzin elan etdiyi müddətdə qabiliyyət imtahanında iştirak etməlidirlər.

İxtisaslaşma seçimi isə qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq. Qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticəsi müsabiqə şərtlərinə uyğun olan bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını qəbul imtahanını verdikdən sonra DİM-in elan etdiyi müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar seçə biləcəklər.

Məlum olduğu kimi, ixtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”nə uyğun həyata keçirilir. Seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə bakalavrların imtahandan topladıqları bal əsasında aparılır. Hər bir bakalavr ixtisaslaşmaların müsabiqəsinə öz istəyinə uyğun olaraq cari ildə iştirak etdiyi ya birinci, ya da ikinci imtahanda topladığı balla qoşula bilər.

Ən mühüm istiqamətlərdən biri də imtahan verənlərə elmi-metodik köməyin göstərilməsi, onların zəruri məlumatlarla təmin olunmasıdır. DİM-in rəsmi internet səhifəsində ardıcıl olaraq imtahan proseslərinin təşkili və keçirilməsi ilə bağlı zəruri məlumatlar, metodik materiallar və tövsiyələr, imtahanda istifadə olunan qiymətləndirmə alətlərinin hər bir tipinə və növünə aid tapşırıqlar yerləşdirilir, onlayn sınaq imtahanları təşkil olunur. DİM-in prioritet fəaliyyət istiqamətlərindən biri də jurnalların və vəsaitlərin dərc olunmasıdır ki, bu nəşrlər imtahana hazırlaşanlar üçün əsas məlumat və bilik mənbələrindəndir.

“Magistr” jurnalının bu sayında magistraturaya qəbul qaydaları, eyni zamanda məntiqi təfəkkürün yoxlanılması, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, eləcə də məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir. Magistraturaya qəbul elanı, məntiqi təfəkkürün yoxlanılması, informatika və xarici dillər üzrə test modelləri, ixtisaslaşma seçimi cədvəli və digər zəruri materiallar isə jurnalın növbəti saylarında dərc olunacaq”.

Magistraturaya qəbul imtahanının 1-ci cəhdinin fevralın ayının 20-də keçirilməsi nəzərdə tutulur.

Previous Post

2024-cü ildən magistraturaya qəbul imtahanlarında yenilik olacaq

Next Post

Səhiyyə Nazirliyi 30-dan çox saxta diplom aşkarlayıb

Bənzər yazılar

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

06 İyun 2026 - 17:51

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, iyunun 7-si günün birinci yarısında Abşeron yarımadasında rütubətli...

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

06 İyun 2026 - 17:19

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib. Fövqəladə Hallar Nazirliyinin...

Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır – FAKTİKİ HAVA

06 İyun 2026 - 17:00

İyunun 6-sı saat 16:00-a olan faktiki hava açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 6-sı saat 16:00-a...

Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib

Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib

06 İyun 2026 - 13:52

“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi...

Next Post
Səhiyyə Nazirliyi 30-dan çox saxta diplom aşkarlayıb

Səhiyyə Nazirliyi 30-dan çox saxta diplom aşkarlayıb

Səhiyyə Nazirliyi 30-dan çox saxta diplom aşkarlayıb

Səhiyyə Nazirliyi 30-dan çox saxta diplom aşkarlayıb

Son xəbərlər

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

06 İyun 2026 - 19:55
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

06 İyun 2026 - 19:24
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

06 İyun 2026 - 18:20
Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

06 İyun 2026 - 18:07
Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

06 İyun 2026 - 17:51
Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

06 İyun 2026 - 17:36
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

06 İyun 2026 - 17:19
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır – FAKTİKİ HAVA

06 İyun 2026 - 17:00
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür

06 İyun 2026 - 16:45
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

06 İyun 2026 - 16:22
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

06 İyun 2026 - 16:08
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

06 İyun 2026 - 15:32
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

06 İyun 2026 - 15:17
Binədə mağazada yanğın baş verdi – Video

Binədə mağazada yanğın baş verdi – Video

06 İyun 2026 - 14:30
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

06 İyun 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.