2023-cü ilin ilk xarici zəvvar karvanı Səudiyyə Ərəbistanına çatıb

84

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi bu ilin ilk həcc karvanının ölkəyə gəldiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirliyin Twitter hesabından edilən yazılı açıqlamada bu ilin ilk zəvvar karvanını daşıyan təyyarənin ölkəyə çatdığı bildirilib və zəvvar namizədlərinin fotoları paylaşılıb. Təfərrüatlar açıqlamada yer almayıb.
Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi Banqladeşdən gələn ilk zəvvar karvanının Ciddədəki Beynəlxalq Kral Əbdüləziz Hava Limanına eniş etdiyini bildirib.
Səudiyyə Ərəbistanının Həcc naziri Tevfik ər-Rabia fevralın 9-da ölkəsinin 2023-cü il mövsümündə iki milyondan çox zəvvar qəbul etməyi gözlədiyini açıqlayıb.

Nuranə Məmmədova