“Hindistan bu il əhalinin sayına görə, çox güman ki, Çini keçəcək”.
Elchi.az xəbər verir ki, bu barədə “World Population Review” statistik təşkilatının apardığı araşdırmada bildirilir.
Bildirilib ki, hazırda Hindistanın əhalisi 1 milyon 422 min 266 nəfər, Çininki isə 1 milyon 425 min 275 nəfərdir.
Çin və Hindistan üçün əhali statistikası müvafiq olaraq mənfi 0,1 faizdən mənfi 0,3 faiz və üstəgəl 0,69 faizdən üstəgəl 0,92 faizə qədər dəyişəcəyi proqnozlaşdırılan illik artım templərinə əsaslanır.
Bundan əlavə, proqnoza görə, Hindistan əhalisinin sayı 2050-ci ilə qədər davamlı olaraq artacaq. Nəticədə Cənubi Asiya ölkəsində 27 ildən sonra 1.670.490.000 insan yaşaya bilər.
Yeganə