"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

1995-ci il mart hadisələrindən 1 gün əvvəl Prezident Aparatında nələr olub?

18 Mart 2016 - 10:20
in SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

OMON Qarabağ münaqişəsi zamanı

«Martın 16-sı axşamüstü mən, müavinimCəfər Cəfərov, Akif Muradverdiyevin (Prezident Aparatının İşlər İdarəsinin sabiq müdiri) maşınında getdik Prezident Aparatına. Akif Muradverdiyev prezidentə gəlməyimizi məruzə elədi. O, bir az sonra bizi qəbul elədi.Otaqda Heydər Əliyev, indiki prezidentimiz İlham Əliyev, Bəylər Əyyubov(prezidentin mühafizə xidmətinin rəhbəri-M.Ç.), Akif Muradverdiyev və bir də müavinimlə mən idim».

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandiri Nizami Şahmuradov 1995-ci il 17 mart hadisələrindən bir gün əvvəl keçmiş prezident Heydər Əliyevlə görüşlərini belə xatırlayır. Deyir həmin görüşdə «OMON»un ləğvi, silahların təhvil verilməsi məsələsi müzakirə olunub. Onun sözlərinə görə, Heydər Əliyevbirmənalı «OMON»un ləğv olunacağını deyib və   əvəzində «OMON» veteran cəmiyyəti yaradılmasını təklif edib:«Nə isə söhbət əsasında o belə təklif verdi, razılaşdıq ki, biz də silahları təhvil verəcəyik. Cəmiyyətin də hesabı olacaq. Xüsusi Təyinatlı Polis Dəstəsində vəfat etmiş ailələrinə və yaralılar yardımlar ediləcək. Hətta deyildi ki, hesaba da ilk vəsaiti Akif Muradverdiyev ödəyəcək».

Heydər ƏliyevHeydər Əliyev

«BİZ GÖRÜŞDƏN YAXŞI ƏHVALDA ÇIXDIQ»

Nizami Şahmuradov deyir ki, onlar bu görüşdən çox yaxşı əhval-ruhiyyədə çıxıb «OMON»un Bakının 8-ci km yaşayış massivindəki qərargahına gəliblər. Sabiq komandirin dediyinə görə, martın 16-dan-17-nə keçən gecə isə vəziyyət birdən dəyişib:

«Qərargahımız uşaq bağçasında yerləşirdi, həmin gün qərargahın suyu kəsilmişdi. Bizim uşaqlardan ikisi gecə saat 2, 3-ə işləmiş su gətirməyə gedəndə onları elə bağçanın içərisində vurdular. Yaralananlardan birini, Xətai adlı yoldaşımızı bazadan çıxartdıq, amma səhər eşitdim ki, o, xəstəxanada ölüb».

Nizami Şahmuradov deyir ki, o, hələ də hadisələrin belə bir məcraya yönəldilməsində hansı qüvvələrin maraqlı olduğunu aydınlaşdıra bilməyib:

«Açığı nə deyim, görüşlə bağlı video da var, ANS televiziyası çəkmişdi o görüşdən çıxanda üzümün gülməyi aydın görünürdü, çünki bizim danışıq baş tutmuşdu. Bir problem qalmamışdı, silahların təhvil-təslimi gedəcəkdi, vəssalam. Prezidentin yanından gəlmişdik, sakitlik idi. Hamı da silahları təhvil verib çıxmağa hazırlaşırdı».

«ƏSLİNDƏ HEYDƏR ƏLİYEVLƏ GÖRÜŞƏ FƏRMAN DƏMİRQOL GETMƏLİ İDİ, AMMA…»

Rövşən CavadovRövşən Cavadov

Nizami Şahmuradovun sözlərinə görə, əslində prezidentlə görüşə Türkiyə vətəndaşı Fərman Dəmirqol( Fərman Dəmirqol mart hadisələri ilə bağlı dövlət çevrilişində ittiham olunurdu –M.Ç.) getməli idi və onun prezidentə Rövşən Cavadovun adından deyəcəyi məsələlər var idi. Sabiq komandir deyir ki, o, Fərman Dəmirqolun prezidentə nə deyəcəyindən xəbərsiz olub. Sadəcə Fərman Dəmirqolu evdə tapa bilmədikləri üçün görüşə özü gedib:

«Prezidentlə görüşdə də dedim ki, nə məsələdir, mən bilmirəm, amma mən «OMON»la bağlı gəlmişəm. Görüşdən çox mehribançılıqla çıxmışdıq. Yəni heç ağıla gəlməzdi ki, belə bir hadisə olsun, 3-cü qüvvə söhbəti var burda. Kim idisə istəmədi ki, bu məsələləri sakitliklə yola verək».

«MART HADİSƏLƏRİNDƏN SONRA 12 İL BAKIDA GİZLƏNMİŞƏM»

Nizami Şahmuradov 1995-ci ilin mart hadisələrindən 2007-ci ilə qədər Bakıda gizləndiyini, 2007-ci ildə isə özü Milli Təhlükəsizlik Nazirliyinə zəng edərək könüllü təslim olduğunu deyir:

«2007-ci il oktyabrın 22-də anamı dəfn etdik, elə qəbir üstündən MTN-ə zəng etdim ki, hara gəlim? Bu zəngdən sonra gəlib məni apardılar».

Nizami Şahmuradov mart hadisələrinə görə 4 il 2 ay həbsdə yatıb. 2011-ci ilin dekabrında prezidentin son əfv fərmanı ilə azadlığa çıxıb. O, özünə qarşı irəli sürülən ittihamların tam əsassız olduğunu bildirir. Deyir ona qarşı Türkiyə səfirliyində kimlərləsə görüşüb dövlət çevrilişi hazırlamaq kimi absurd ittihamlar irəli sürülüb:

«Halbuki mən heç Türkiyə səfirliyinin harada olduğunu heç vaxt bilməmişəm».

Nizami Şahmuradov əfv fərmanı ilə azadlığa çıxsa da, özünə qarşı mənfi münasibət hələ də qalmaqdadır. O, heç yerdə iş tapa bilməməsindən şikayətçidir. Deyir bu münasibət tək ona qarşı yox, bütün «OMON»çulara qarşı bəslənməkdədir.

“Bundan sonra mən nə edəcəm, bilmirəm. Tək mən deyiləm, elə həbsdən buraxılan yoldaşlar hamısı deyir ki, biz nə edək. Heç kim də məni yaxın buraxmır ki, nə var mən «OMON»un komandiri olmuşam. Bizi heç yerdə işə götürmürlər. Biz torpaq azad edənlər olmuşuq, torpaq satmamışıq, ona görə də bizdən vətən xaini olmaz. İndi danışıram, o günlər gəlir düşür yadıma, çox narahat oluram».

MART HADİSƏLƏRİ ZAMANI ÖLƏN VƏ YARALANANLARI SAYI

Rəsmi statistikaya görə, 1995-ci il martın 16-17-də «OMON» qərargahı yaxınlığında başlanan atışmada 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olmuş, 8 XTPD əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfər yaralanmışdı. XTPD keçmiş rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib.

Mart hadisələri ilə bağlı həbs edilənlərin çoxu azadlığa buraxılıb. Lakin «OMON»un Qazax bölməsinin rəhbəri olmuş Elçin Əmiraslanov və daha bir neçə nəfər həbsdədir. Hələ də axtarışda olan «OMON»çular var .

Həbsxanadan çıxan sabiq «OMON»çuların bəziləri ölkəni tərk edib. Onların arasında mühacirətdə ölənlər də var.

Previous Post

1995-ci il mart hadisələrindən 1 gün əvvəl Prezident Aparatında nələr olub?

Next Post

Pərviz Həşimli: “Prezidentə təşəkkür edirəm”

Bənzər yazılar

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

05 Oktyabr 2026 - 09:26

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq...

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

Next Post

Pərviz Həşimli: “Prezidentə təşəkkür edirəm”

Pərviz Həşimli: “Prezidentə təşəkkür edirəm”

Son xəbərlər

Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

05 Oktyabr 2026 - 10:44
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25
Tədqiqat: Yer və Mars fundamental olaraq fərqli yollarla formalaşıb

Tədqiqat: Yer və Mars fundamental olaraq fərqli yollarla formalaşıb

05 Oktyabr 2026 - 10:12
Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir

Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir

05 Oktyabr 2026 - 09:57
DİM-də IELTS imtahanı təşkil olunacaq

DİM-də IELTS imtahanı təşkil olunacaq

05 Oktyabr 2026 - 09:43
Yağışla əlaqədar yollarda endirilən sürət həddi bərpa edilib

Yağışla əlaqədar yollarda endirilən sürət həddi bərpa edilib

05 Oktyabr 2026 - 09:35
Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

05 Oktyabr 2026 - 09:26
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

05 Oktyabr 2026 - 09:14
“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.