"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Nazir: “İndiyədək vəzifə başında daxili işlər orqanlarının 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub” – FOTO – VİDEO

02 İyul 2022 - 15:59
in MANŞET
FacebookVatsap

Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.
Bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.
İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Respublikanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, zati-alilərinin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 104 ildə polisin keçdiyi çətin sınaqlarla dolu şərəfli və zəngin xidmət yolu, cinayətkarlığa qarşı mübarizədə qazandığı təcrübə, dəyərli ənənələri, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruha malik vətənpərvər kadrlarla möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb. Nazir birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini, müstəqilliyin yenicə bərpa edildiyi illərdə ölkəmizdə hökm sürən anarxiyanın ağır nəticələrinin aradan qaldırılmasında, respublikada daxili sabitliyin təmin edilməsində və hüquq qaydasının möhkəmləndirilməsində önəmli xidmətlər göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə görülən işlərin nəticəsi olaraq müasir maddi-texniki bazaya, infrastruktura və qabaqcıl texnologiyaya malik daxili işlər orqanlarının fəaliyyətinin vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldiyini vurğulayan general-polkovnik V.Eyvazov şəxsi heyətin peşə hazırlığının zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəldiyini və bu sahədə ardıcıl iş aparıldığını qeyd edib.
Həmçinin bildirib ki, son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 18 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 62 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 17 tona yaxın narkotik vasitə çıxarılıb. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.
O da qeyd olunub ki, pandemiya səbəbindən yaranmış müəyyən fasilədən sonra Azərbaycan yenidən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə ölkəmizdə, o cümlədən mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən kütləvi və beynəlxalq tədbirlər zamanı ictimai qayda və təhlükəsizlik təmin edilib.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yaranmasına diqqət çəkən nazir V.Eyvazov “Böyük qayıdış”ın ilk addımlarının atıldığını, belə bir taleyüklü dönəmdə polis orqanlarının fəaliyyətinin də yaranmış vəziyyətə uyğunlaşdırıldığını, strateji və həyat əhəmiyyətli obyektlərin mühafizəsinin, bütövlükdə asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini bildirib. Polis və Daxili Qoşunların işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirdiyini xüsusi qeyd edən nazir ölkə başçısının bu peşə bayramı ərəfəsində 26 əməkdaşı dövlət mükafatları ilə təltif etdiyini, 4 rəhbər vəzifəli əməkdaşa ali xüsusi rütbə verildiyini məmnunluqla xatırladaraq bunun cənab Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu, daxili işlər orqanlarının və Daxili Qoşunların asayişin və təhlükəsizliyin təmini üzrə fəaliyyətini yüksək qiymətləndirdiyini, eləcə də respublika ictimaiyyəti tərəfindən təqdir olunduğunu məmnunluq hissi ilə vurğulayıb. Daha sonra qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini yetirən Polis Akademiyasının xüsusi rolunu qeyd edərək məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib.
Daxili işlər naziri Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan və dövlətçiliyin keşiyində əzmlə dayanan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.
Nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkürünü bildirib.
Daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomları və “polis baş leytenantı” xüsusi rütbələrinin paqonlarını da təqdim edib.
Təntənəli tədbirin sonunda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Bunu da oxuyun

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Körfəz ölkələri və İran razılığa gələ bilmədi: Maskat diplomatik masanı təxirə salır

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Nazir: "İndiyədək vəzifə başında daxili işlər orqanlarının 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub" - VİDEO

Previous Post

Müğənni Xan Bəyli və DJ Fateh Azercell ilə canlı yayımda!

Next Post

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirib

Bənzər yazılar

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

14 Sentyabr 2026 - 12:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. Elchi.az xəbər verir ki,...

Körfəz ölkələri və İran razılığa gələ bilmədi: Maskat diplomatik masanı təxirə salır

Körfəz ölkələri və İran razılığa gələ bilmədi: Maskat diplomatik masanı təxirə salır

14 Sentyabr 2026 - 10:35

Körfəz ölkələri və İranın xarici işlər nazirlərinin Hörmüz boğazı ilə bağlı tənzimləmələri müzakirə etmək üçün bu gün Omanda keçirilməsi planlaşdırılan...

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır” – MÜSAHİBƏ

12 Sentyabr 2026 - 10:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində regionda baş verən proseslərlə bağlı sualları cavablandırıb....

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb

11 Sentyabr 2026 - 21:37

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara...

Next Post
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirib

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirib

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirib

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirib

Son xəbərlər

FHN-in Aran Regional Mərkəzi təlim keçirib

FHN-in Aran Regional Mərkəzi təlim keçirib

14 Sentyabr 2026 - 12:29
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub

İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub

14 Sentyabr 2026 - 12:25
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

14 Sentyabr 2026 - 12:21
Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 32 dərəcə isti olacaq

14 Sentyabr 2026 - 12:19
Pakistanda kömür mədənində faciə: Ölənlər və yaralananlar var

Pakistanda kömür mədənində faciə: Ölənlər və yaralananlar var

14 Sentyabr 2026 - 12:17
Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14 Sentyabr 2026 - 12:07
Küləkli hava şəraiti ilə bağlı bu qanuna dəyişiklik edilir

Küləkli hava şəraiti ilə bağlı bu qanuna dəyişiklik edilir

14 Sentyabr 2026 - 11:59
“Erkən nikah qurbanları insan alveri üçün potensial hədəfdir” – Mehriban Zeynalova ilə MÜSAHİBƏ

“Erkən nikah qurbanları insan alveri üçün potensial hədəfdir” – Mehriban Zeynalova ilə MÜSAHİBƏ

14 Sentyabr 2026 - 11:49
Ukraynanın baş prokuroru ölkəni tərk edib

Ukraynanın baş prokuroru ölkəni tərk edib

14 Sentyabr 2026 - 11:45
TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər

TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər

14 Sentyabr 2026 - 11:38
TDT Müsəlman dini liderlərinin 7-ci Görüşündə Bakı bəyannaməsi qəbul edilib

TDT Müsəlman dini liderlərinin 7-ci Görüşündə Bakı bəyannaməsi qəbul edilib

14 Sentyabr 2026 - 11:33
Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

14 Sentyabr 2026 - 11:27
DTX ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb

DTX ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb

14 Sentyabr 2026 - 11:15
Litva 12 bələdiyyənin ərazisini əhatə edən yeni hərbi təlimlərə başlayıb

Litva 12 bələdiyyənin ərazisini əhatə edən yeni hərbi təlimlərə başlayıb

14 Sentyabr 2026 - 11:09
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib – FOTO

14 Sentyabr 2026 - 11:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.