"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezidentin fəaliyyəti ictimai rəydə: STM-in SORĞUSU

15 İyun 2022 - 12:30
in MANŞET
FacebookVatsap

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “İnam İndeksi” jurnalının yeddinci xüsusi buraxılışında Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib. Məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.
Ümumiləşdirərək qeyd etmək olar ki, cari ilin yanvar-aprel aylarını əhatə edən dövrdə ölkə rəhbəri tərəfindən ictimaiyyətə açıq məlumatlara əsasən beynəlxalq və yerli səviyyəli 20-dən çox görüş və səfər, 30-dan çox müşavirə, müsahibə və mətbuat konfransı səviyyəli tədbirlərdə çıxış, 50-ə yaxın qəbul, xarici ölkə rəhbərləri və rəsmiləri ilə 20-dən artıq telefon danışığı, əsas hissəsi işğaldan azad olunan əraziləri əhatə etməklə 30-dan çox təməlqoyma və açılış mərasimi həyata keçirilib. Genişmiqyaslı fəaliyyət xronikasından cari ilin əhatə olunan dövrü üçün xüsusi aktuallıq kəsb edən müxtəlif məsələlər ictimai rəy sorğusu əsasında dəyərləndirilib.

Bunu da oxuyun

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

Tədqiqatın metodoloji prinsipləri
Qeyd edək ki, sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə keçirilib və 1081 respondentin rəyi öyrənilib.
Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin çoxpilləli stratifikasiya yanaşmasından istifadə edilib ki, bu da hər bir vətəndaşa sorğuda bərabər səviyyədə iştirak imkanı verib. Respondentlərin seçimində sosial-demoqrafik göstəricilərə xüsusi diqqət yetirilərək, proporsionallıq təmin edilib.
Sorğuda əhatə edilmiş respondent sayına (1081 nəfər) əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib.

İnam və etimad
“İnam indeksi” buraxılışı Prezidentə və hakimiyyətin digər qollarına ictimai inam və etimadı rəy sorğusu əsasında dövrü olaraq qiymətləndirir. Belə ki, keçirilən cari sorğu nəticələrinə əsasən respondentlərin 88,1%-i Prezidentə tam etibar etdiyini, 10,2%-i əsasən etibar etdiyini bildirib. Cəmi 0,7% respondent əsasən etibar etmədiyini, 0,7% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,3%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. Respondentlərin Birinci Vitse-prezidentə inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9%-i Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6%-i əsasən etibar etdiyini bildirib. Respondentlərin cəmi 1,0%-i əsasən etibar etmədiyini, 3,4%-i heç etibar etmədiyini qeyd edib. 1,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.
Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına, parlament və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi öyrənilib. Sorğu iştirakçılarının 32,5%-i Milli Məclisə tam etibar etdiyini, 37,7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7%-i əsasən etibar etmədiyini, 22,2%-i isə heç etibar etmədiyini bildirib. 3,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.
Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 37,6%-i məhkəmələrə tam, 24,0%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6%-i əsasən etibar etmədiyini, 17,2%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. Göründüyü kimi, məhkəmə institutlarına olan ictimai inam və etimadla parlamentə olan münasibət arasında uyğunluq müşahidə olunur.
Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 35,8%-i Nazirlər Kabinetinə tam, 36,0%-i əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6% təşkil edib (5,4%-i əsasən etibar etmir, 18,2%-i heç etibar etmir). Başqa sözlə, təqribən hər dörd respondentdən biri Nazirlər Kabinetinə etibar etmədiyini bildirib. 4,6% respondent mövqe bildirməkdə çətinlik çəkib.
Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.

Prezidentin müxtəlif istiqamətlərdə fəaliyyətinə münasibət:
Prezidentin müxtəlif istiqamətlərdə ictimai-siyasi fəaliyyətinə münasibətlə bağlı qeyd edək ki, bütün istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda 1) hərbi quruculuq (88,3% çox yaxşı, 10,5% əsasən yaxşı), 2) xarici siyasət (84,8% çox yaxşı, 13,8% əsasən yaxşı), 3) vətənpərvər, sağlam və intellektual gəncliyin yetişdirilməsi istiqamətində (83,1% çox yaxşı, 14,5% əsasən yaxşı) strateji fəaliyyəti qərarlaşıb.
Hesabat dövründə Prezidentin xarici ölkələrə səfərləri üzrə respondentlərin ən çox məlumatlı olduğu (92,2%) 10 mart 2022-ci il tarixində Türkiyəyə səfəri və R.T.Ərdoğanla görüşü, müqayisə etibarilə nisbətən az məlumatlı olduğu (82,9%) 06 aprel 2022-ci il tarixində etdiyi Brüssel səfəri və Aİ Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə üçtərəfli görüşü olub. Prezidentin Türkiyəyə səfəri və R.T.Ərdoğanla görüşünü respondentlərin 81,6%-i çox əhəmiyyətli, 9,3%-i əsasən əhəmiyyətli kimi qiymətləndirib.
Prezidentin sosial müdafiə istiqamətində fəaliyyəti respondentlərin 63,8%-i tərəfindən çox yaxşı, 28,5%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. Respondentlərin 3,1%-i əsasən pis, 3,6%-i çox pis cavablarını qeyd edib. Mövqe bildirməkdə çətinlik çəkənlər 1,0% təşkil edib. O cümlədən, Prezidentin şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və dəstək fəaliyyətindən respondentlərin 76,9%-i çox razı, 17,2%-i əsasən razı olduğunu bildirib. 2,5% respondent əsasən razı olmadığını, 2,7% respondent heç razı olmadığını qeyd edib. 0,7% respondent bu barədə mövqe bildirməyib.
Prezidentin əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyətini respondentlərin 68,3%-i çox yaxşı, 24,9%-i əsasən yaxşı kimi qiymətləndirib. Rəyi öyrənilənlərin 2,5%-i əsasən pis, 3,1%-i çox pis cavablarını qeyd edib. 1,3% mövqe bildirməkdə çətinlik çəkib.
Prezident tərəfindən aparılan kadr islahatları respondentlərin 57,2%-i tərəfindən çox yaxşı, 30,3%-i tərəfindən əsasən yaxşı kimi dəyərləndirilib. Respondentlərin 3,3%-i əsasən pis, 4,9%-i çox pis mövqeyini bölüşüb. 4,3% cavab verməkdə çətinlik çəkib.
Prezidentin korrupsiya ilə mübarizə istiqamətində fəaliyyəti respondentlərin 60,8%-i tərəfindən çox yaxşı, 26,7%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. Respondentlərin 3,7%-i əsasən pis, 6,2%-i çox pis cavabını qeyd edib. 2,6% respondent rəy bildirməyib. O cümlədən, cari il ərzində dövlət başçısı tərəfindən təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mümkün nəticələri kimi 51,1%-i korrupsiyaya qarşı mübarizədə şəffaflığı artıracağı, 40,8%-i göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcəyi, 26,6%-i korrupsiya hallarına qarşı ictimai nəzarəti və vətəndaş cəmiyyəti institutlarının rolunu artıracağı, 21,4%-i idarəetmə mexanizmlərini, 18,2%-i qanunverici bazanı təkmilləşdirəcəyi, 6,2%-i heç bir təsiri olmayacağı variantlarını qeyd edib. Ümumilikdə sorğu iştirakçılarının 23,4%-i sözügedən Milli Fəaliyyət Planı haqqında məlumatsız olduğunu bildirib.
Prezidentin ölkədə ictimai-siyasi sabitlik istiqamətində fəaliyyəti respondentlərin 75,0%-i tərəfindən çox yaxşı, 22,4%-i tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. Rəyi öyrənilənlərin 0,6%-i əsasən pis, 1,2%-i çox pis mövqeyini bölüşüb. 0,8% respondent bu barədə mövqe bildirməyib.
Prezidentin qeyri-neft sektorunun inkişafı sahəsində fəaliyyətini respondentlərin 65,9%-i çox yaxşı, 25,8%-i əsasən yaxşı kimi qiymətləndirib. Rəyi öyrənilənlərin 2,0%-i bu istiqamətdə fəaliyyəti əsasən pis, 2,5%-i çox pis kimi qiymətləndirib. Respondentlərin 3,8%-i cavab verməkdə çətinlik çəkib.
Azərbaycanın karbohidrogen ehtiyatlarından asılılığı azaldaraq bərpa olunan enerji resurslarına yönəlməsini respondentlərin 53,7%-i çox yaxşı, 21,3%-i isə əsasən yaxşı qiymətləndirib. 22,5% respondent bu sahədə görülən işlərdən məlumatsız olduğunu bildirib. O cümlədən, Prezidentin daima diqqət mərkəzində saxladığı məsələlərdən biri kimi işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasını, Qarabağın yaşıl enerji zonasına çevrilməsini respondentlərin mütləq əksəriyyəti yüksək qiymətləndirib (88,2% çox yaxşı, 7,5% əsasən yaxşı). Respondentlərin 3,3%-i bu barədə məlumatlı olmadığını bildirib.
Mövcud geosiyasi zəmində xüsusən aktual olan əhalinin ərzaq təhlükəsizliyi və keyfiyyətli ərzaqla təminatı sahəsində dövlət başçısının fəaliyyəti respondentlərin 59,8%-i tərəfindən çox yaxşı, 30,1%-i tərəfindən əsasən yaxşı qiymətləndirilib. Rəyi öyrənilənlərin cəmi 3,5%-i bu istiqamətdə fəaliyyəti əsasən pis, 5,6%-i çox pis kimi bəyan edib. Sorğu iştirakçılarının 1,0%-i mövqe bildirməyib.

Dövlət orqanlarının fəaliyyətinə münasibət barədə nəticələrə gəldikdə:
Əldə olunan nəticələrin təhlilinə əsasən, sorğuda əksini tapan üç sahə – hərbi quruculuq (89,5%), əhalinin təhlükəsizliyi və ictimai sabitlik (74,3%), iqtisadiyyatın gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı (63,2%) üzrə aidiyyəti dövlət orqanlarının (nazirlik, komitə və dövlət xidmətlərinin) fəaliyyəti vətəndaşlar tərəfindən daha səmərəli kimi qiymətləndirilib. Digər sahələr üzrə müvafiq strukturların fəaliyyəti nisbətən fərqli qiymətləndirilməklə sonuncu sıralarda keyfiyyətli səhiyyə xidməti ilə təminat (44,6%), sosial müdafiə (44,0%), qiymət artımının qarşısının alınması (22,2%) üzrə aidiyyəti orqanların fəaliyyətləri qərarlaşıb.
Nəticələrin təhlili Prezidentin müxtəlif istiqamətlərdə fəaliyyətinə münasibət ilə ayrı-ayrı dövlət strukturlarının eyni istiqamətlərdə fəaliyyətinə ictimai mövqenin bir-birindən fərqləndiyini göstərir. Prezidentin sosial müdafiə sahəsində fəaliyyətini ümumilikdə yaxşı qiymətləndirən 92,3% respondentin cəmi 47,2%-i aidiyyəti strukturların sosial müdafiə sahəsində fəaliyyətini tam səmərəli hesab edib. Əhalinin sağlamlığının qorunması sahəsində dövlət başçısının fəaliyyətini ümumilikdə yaxşı kimi qiymətləndirən 93,2% respondentin cəmi 47,4%-i keyfiyyətli səhiyyə xidmətləri ilə təminat sahəsində aidiyyəti strukturların fəaliyyətini tam səmərəli kimi qiymətləndirib.

Postmüharibə dövründə Prezidentin sülh gündəliyi də xüsusi diqqətdə saxlanılıb:
Prezident postmüharibə dövründə yürütdüyü xarici siyasət və diplomatiya nəticəsində regionda sabitliyə və genişmiqyaslı iqtisadi əməkdaşlığa xidmət edən sülh gündəliyinin region dövlətləri, həm də bu proseslərdə maraqlı tərəf kimi çıxış edən beynəlxalq təşkilatlar tərəfindən qəbuluna nail olub. İki ölkə arasında danışıqlar prosesi həm Brüssel, həm də Moskvanın vasitəçiliyi əsasında aparılsa da, proses ümumən rəsmi Bakının önə çəkdiyi prinsip və meyarlara söykənir: Ermənistan və Azərbaycanın biri-birinin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası. Bu amilləri nəzərə alıb respondentlərdən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına münasibət soruşulub. Sorğunun nəticələrinə əsasən, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına respondentlərin 37,1%-i çox inandığını, 28,0%-i isə əsasən inandığını bildirib. Rəyi öyrənilənlərin 7,0%-i əsasən inanmadığını, 26,3%-i isə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına heç inanmadığını bildirib.

Böyük qayıdışa hazırlıq və quruculuq işləri barədə isə:
Həm cari, həm də əvvəlki sorğuların nəticələri göstərir ki, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayış və yüksək rifah Prezidentin diqqət mərkəzində saxladığı məsələlərdir. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərə, o cümlədən Qarabağa Böyük qayıdışın ölkə başçısı üçün prioritet olması onun çıxışlarında dəfələrlə qeyd olunub. 2021-ci ilin aprel ayında keçirilmiş sorğuda vətəndaş rəyi də onu bir daha təsdiq edib. Belə ki, həmin sorğuda rəyi soruşulanların 84,6%-i Qarabağa qayıdışın ölkə başçısı üçün prioritet olması fikri ilə tam, 12,2%-i qismən razı olduğunu bildirmişdi.
Cari sorğunun nəticələrinin təhlilinə əsasən Prezidentin təşəbbüsü və nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri respondentlərin 76,6%-nin gözləntilərini tam, 19,4%-nin isə əsasən doğruldur. Əks mövqedən çıxış edənlər cəmi 2,5%, mövqe bildirməkdə çətinlik çəkənlər isə 1,4% təşkil edib.
Həmçinin işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə respondentlərin 37,4%-i çox, 53,0%-i isə əsasən məlumatlıdır. 4,2% bu görülən işlər barədə əsasən məlumatsız olduğunu, 5,2% heç bir məlumatı olmadığını bildirib.

Problemlər və gözləntilərə dair də ictimai rəy öyrənilib.
Sorğu çərçivəsində vətəndaşlardan hazırda Azərbaycanda əsas problemlər kimi hansı məsələləri gördükləri soruşulub. Respondentlər onları narahat edən problemlər arasında ilk sıralarda qiymətlərin bahalaşması (59,0%), narkomaniya (47,6%), süni qiymət artımının tənzimlənməməsi (46,7%) məsələlərini qeyd edib.
Dövlət başçısı tərəfindən aidiyyəti qurumlar qarşısında qaldırılan məsələlər, verilən tapşırıqlar ictimai gözləntiləri əks etdirir. Bu mənada vətəndaşların Prezidentdən əsas gözləntiləri eyni zamanda aidiyyəti qurumların fəaliyyətindən irəli gələn məqamlar kimi şərh oluna bilər. Sorğu nəticələrinə əsasən məşğulluğun təminatı və yeni iş yerlərinin yaradılması (80,6%), sosial rifahın daha da yaxşılaşdırılması (63,6%), şəhid ailələrinin, müharibə iştirakçılarının yaşayış vəziyyətinin yüksəldilməsi (54,2%) Prezidentdən ictimai gözləntilər arasında ilk sırada qərarlaşıb.
Sorğu çərçivəsində respondentlərdən cari ilin birinci rübünü ümumilikdə özü və ölkəmiz üçün necə dəyərləndirdiyi də soruşulub. Əldə olunan nəticələrə əsasən, 2022-ci ilin birinci rübü ümumilikdə vətəndaşlar (çox yaxşı 36,6%, əsasən yaxşı 45,7%) və ölkəmiz üçün (çox yaxşı 48,0%, əsasən yaxşı 39,7%) uğurlu olub. Bunun əksinə fikirləşənlər müvafiq olaraq 9,4% və 4,2% təşkil edir.

Prezidentin informasiya-kommunikasiya siyasəti haqqında respondentlərin mövqeyi:
Prezidentin informasiya-kommunikasiya siyasətini (müsahibələrini, çıxışlarını və s.) respondentlərin 80,8%-i çox yaxşı, 16,3%-i əsasən yaxşı kimi qiymətləndirib.
Sorğu iştirakçılarının 79,6%-i Prezidentin ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumatları televiziya kanallarından aldığını bildirib. İkinci sırada 37,1% göstərici ilə sosial şəbəkələr, üçüncü sırada isə 21,9% göstərici ilə internet saytları qərarlaşıb. Qeyd edək ki, respondentlər bir neçə cavab variantı seçiblər.
Sorğuda iştirak edən respondentlərin 45,6%-i bu qənaətdədir ki, Prezident yerlərdə baş verənlər barədə çox, 38,1%-i bu fikirdədir ki, əsasən məlumatlıdır. 4,9% respondent bu fikri bölüşür ki, Prezident yerlərdə baş verənlər barədə heç məlumatlı deyil, 8,7% respondent əsasən məlumatsız olduğunu düşünür.

Previous Post

Gürcüstanda xaricilər üçün vaksinasiya və PZR testi ilə bağlı tələb ləğv edilib

Next Post

Putin Ermənistanın yeni prezidenti ilə ilk dəfə görüşəcək

Bənzər yazılar

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan...

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

Peskov: “Neft bazarlarında vəziyyət sürətlə pisləşir”

14 Sentyabr 2026 - 16:00

"Fars körfəzində artan qeyri-sabitlik fonunda qlobal neft bazarlarında vəziyyət sürətlə pisləşir". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat...

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

“Ukraynanı təslimçi sülhə məcbur etmək istəyirlər” – Qüdrət Həsənquliyev

14 Sentyabr 2026 - 15:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

14 Sentyabr 2026 - 12:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. Elchi.az xəbər verir ki,...

Next Post
Putin Ermənistanın yeni prezidenti ilə ilk dəfə görüşəcək

Putin Ermənistanın yeni prezidenti ilə ilk dəfə görüşəcək

Putin Ermənistanın yeni prezidenti ilə ilk dəfə görüşəcək

Putin Ermənistanın yeni prezidenti ilə ilk dəfə görüşəcək

Son xəbərlər

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb

Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb

14 Sentyabr 2026 - 18:34
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

14 Sentyabr 2026 - 18:24
Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

14 Sentyabr 2026 - 17:55
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır

AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır

14 Sentyabr 2026 - 17:41
Zelenski Tramp ilə Rusiya ilə enerji və dəniz atəşkəsini müzakirə etmək istəyir

Zelenski Tramp ilə Rusiya ilə enerji və dəniz atəşkəsini müzakirə etmək istəyir

14 Sentyabr 2026 - 17:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.