ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis 14 yaşından kiçik uşaqların sosial media hesablarına malik olmasını qadağan edən, 14 və 15 yaşlı uşaqlara isə valideynlərinin icazəsi ilə hesab açmağa icazə verən qanunu imzalayıb. Qubernator DeSantis sosial medianın uşaqlara müxtəlif yollarla zərər verdiyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis 14 yaşından kiçik uşaqların sosial media hesablarına malik olmasını qadağan edən, 14 və 15 yaşlı uşaqlara isə valideynlərinin icazəsi ilə hesab açmağa icazə verən qanunu imzalayıb.
Florida Qubernatorluğundan verilən açıqlamada sosial medianın uşaqlara müxtəlif yollarla zərər verdiyinə diqqət çəkilib:
“İnternet uşaqlarımız üçün qaranlıq bir xiyabana çevrilib, burada yırtıcılar onları hədəfləyir və təhlükəli sosial media daha yüksək depressiya, özünə zərər və hətta intihara səbəb olur.”
Şayəstə Hüseynova