Yanvarın 17-də ABŞ-ın Corciya ştatının Flintstone şəhərinin sakini 110 yaşlı Thelma Mae Kirby Little ad gününü ailəsi ilə birlikdə qeyd edib və uzunömürlülüyünün sirlərini açıqlayıb.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
O, qeyd edib: pis vərdişlərdən imtina edib, gündə 7 saat yatır.
Qadın çoxlu qohumlarının əhatəsində yaşayır. Onun nəvəsi Gina Derriberi nənəsinin uzunömürlülüyünün sirrini açdı ki, bu da olduqca sadədir. “O, həmişə belə deyirdi.-Alkoqol içməyin, siqaret çəkməyin və yeddi saat yatın. Boş şeylərə görə narahat olmayın. Heç narahat olmayın”.
110 yaşlı qadın 1914-cü ildə anadan olub və gənc ikən fermada çalışıb, sonra əri ilə birlikdə bərbərxana açıb. Qadını təbrik etməyə 70 dost və qohum gəlib.
Yeganə