"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

1-ci sinif şagirdinin zorlanması xəbəri yayılan məktəb haqda – ŞOK İDDİALAR

27 Aprel 2018 - 10:55
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

FHN küləkli havada çimərliklərə gedənlərə müraciət edib

DİN-in 3 bağçası BŞTİ-nin tabeliyinə verilib, qeydiyyat davam edir

Kolleclərə qəbul üzrə qabiliyyət imtahanlarında iştirak edənlərin sayı artıb

Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagirdi) tərəfindən zorlanması, yaxud seksual zorakılığa məruz qalması iddiaları ilə bağlı qalmaqaldan sonra bu gün məktəbdə valideyn iclası keçirilib. İclasda direktor Nurqələm Bayramova və uşağın himayəçisi qismində çıxış edən xalası məlumatı yayanları məhkəmə ilə hədələyib.
Elchi.az xəbər verir ki, bu barədə virtualaz.org saytına iclasdan çıxan valideynlər məlumat veriblər. “Dedilər ki, uşağın valideynləri qəzada ölüb, onu xalasının himayəsinə veriblər. Xalası da bildirdi ki, uşaq məktəbin tualetində yıxılıb, zorlamada ittiham olunan uşaqlar isə əksinə, ona köməklik ediblər, yerdən qaldırıblar”, -valideynlərdən biri söyləyib.
Direktor isə valideyinləri sakitləşdirərək bu məlumatın “qəsdən yayıldığını”, məktəbə qarşı “təxribat” olduğunu deyib. Bildirib ki, məsələ artıq yoluna qoyulub, polisə də müvafiq izahat verilib.
Valideynlər deyiblər ki, uşağın xalasının hədəsindən sonra heç kim etiraz etməyib, hadisənin düzgün araşdırılmasında israr etməyib. “Görəndə ki, uşağın himayəçisi direktorun dediyini deyir, biz nə edə bilərdik? Ona görə də heç kim məsələnin düzgün araşdırılmasında israr etmədi”-iclasdan çıxan valideyinlərdən biri danışıb.
Direktor Nurqələm Bayramova isə gün ərzində sayt əməkdaşlarının telefon zənglərinə cavab verməyib. Məktəbdəki mənbələr deyir ki, Xətai rayon Polis İdarəsinin təhqiqatçısı dünən direktorun iştirakı ilə zorakılığa məruz qalan azyaşlının xalasından ifadə alıb. “Qadın ifadəni təhqiqatçının diqtəsi ilə yazırdı. Təhqiqatçı ona diqtə edib yazdırdı ki, uşağa qarşı seksual zorakılığın olduğu təsdiqini tapmayıb”.
DİN-in mətbuat xidməti isə “faktın deyilən formada təsdiqini tapmadığını” deyib.
Maraqlıdır ki, direktorun iclasda valideyinlərə dedikləri ilə onun ötən gün məktəbin qarşısına toplaşan valideyinlərin qarşısında dedikləri ilə üst-üstə düşmür. Çünki direktor əvvəlcə “10-cu sinif şagirdinin 1-ci sinif şagirdini vurduğu”, insidentin ancaq bundan ibarət olduğunu demişdi. İndi isə o, iclasda tamam fərqli versiya ilə çıxış edib.
Xatırladaq ki, valideyinlərin dediklərinə görə direktor məktəbdə baş vermiş seksual zorakılıq cinayətini ört-basdır etmək üçün həmin 10-cu sinif şagirdinin valideyinləri ilə anlaşıb, zorakılığa məruz qalan uşağın xalasına 2 min manat verib. Direktor özü bu deyilənləri rədd edir.
“Uşaq mənim övladımla birgə oxuyur. Oğlum dedi ki, bu gün dərsə gəlib, amma sinifdə heç bir uşaqla danışmayıb. Xalası iclasda dedi ki, onun uşağını biabır etmək istəyənləri cəzalandıracaq, bu onun və məktəbin işidir, digərlərinin qarışması düzgün deyil. Polis də belə hadisənin baş vermədiyini söyləyəndən sonra valideynlərin deməyə sözü qalmadı”-bunu da direktorun iclasında iştirak etmiş başqa valideyin deyir.
Valideynlər onu da əlavə ediblər ki, hadisədən sonra məktəbdə nəzarət gücləndirilib, kənar şəxslər, hətta valideynlər içəri buraxılmır. İbtidai sinif müəllimlərinə uşaqlara nəzarət etmələri tapşırılıb, dərs vaxtı uşaqlar ayaqyoluna buraxılmır. Hadisədən sonra nəzarətçilər təyin edilib, ayaqyolu və dəhlizdə gəzirlər.
Sual yaranır, əgər məktəbdə belə hadisə baş verməyibsə o zaman direktor niyə ayaqyoluna və dəhlizlərə nəzarətçilər təyin edib, uşaqları dərs vaxtı ayaqyoluna buraxmamağı tapşırıb?
Yuxarı sinif şagirdləri isə deyirlər ki, zorlama həqiqətən baş verib, sadəcə məsələni gizlətməyə çalışırlar.
“Hadisə dərs vaxtı olub, tualetdə uşaqdan başqa heç kim yoxmuş. Zorlayanlar qalıb bir kənarda, başqa bir uşağın boynuna qoymağa çalışıblar. Həmin oğlanı uşağa göstəriblər, o da tanımadığını deyib. Direktor həmin uşaqların kim olduğunu yaxşı bilir. Onuncular məktəbə yalnız həftənin 2 günü gəlirlər, digər günlər repititor yanına gedirlər. Eşitdiyimizə görə oğlanların biri məktəbin yaxınlığında yaşayır. Hadisədən sonra qorxusundan məktəbə gəlmirlər”-yuxarı sinif şagirdlərindən biri deyib.
Məktəbdə olan daha bir mənbə isə deyib ki, uşaq ona qarşı iyrənc hərəkət edən 10-cu sinif şagirdinin əlamətlərini sadalayıb-eynək taxır, üzü sızanaqlıdır.
Təhsil eksperti Kamran Əsədli məktəb ətrafında bu qalmaqalı virtualaz.org-a şərh edərkən deyib ki, onun da məktəbdəki mənbələri zorlama hadisəsinin olduğunu təsdiqləyir.
“Məktəbdə belə cinayət verirsə, buna görə məktəb direktoru, tərbiyə işləri üzrə müavin və sinif rəhbəri məsuliyyət daşıyır. Hadisə araşdırılanadək hər üçü vəzifəsindən kənarlaşdırılmalıdır. Mən şokdayam, başqa heç nə deyə bilmirəm. Hadisə olubsa və bu işi ört-basdır edirlərsə qoy onların da övladlarının başına belə hadisə gəlsin”-K.Əsədli deyir.
Lakin göründüyü kimi bu cür dəhşətli cinayət əməlinin baş verdiyi iddia edilən məktəbin direktoru, müavini və sinif rəhbəri vəzifələrindən hələ də kənarlaşdırılmayıb. Bakı şəhər Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva da hələ ortaya çıxıb məktəbdə nə baş verdiyi haqda danışmayıb, məsələyə münasibət bildirməyib və məktəb rəhbərliyi barəsində tədbir görməyib. Hansı ki, təhsil sferası üzrə mütəxəssislər deyirlər ki, Bakı məktəbləri məhz M.Vəliyevanın bu vəzifəyə təyin olunmasından sonra əsl bazara çevrilib. Repititor yanına gedən yuxarı snif şagirdlərinin pul qarşılığında dərslərdən azad edilməsi, uşaqlardan pul yığılması, müəllimlərin dərs keçməkdən başqa nə işlə desən məşğul olması onun vaxtında geniş yayılıb.
Previous Post

1-ci sinif şagirdinin zorlanması xəbəri yayılan məktəb haqda – ŞOK İDDİALAR

Next Post

Təhsil Nazirliyinin sektor müdiri vəfat etdi

Bənzər yazılar

FHN-dən əhaliyə müraciət – VİDEO

FHN küləkli havada çimərliklərə gedənlərə müraciət edib

06 Avqust 2026 - 11:06

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, gün...

Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

DİN-in 3 bağçası BŞTİ-nin tabeliyinə verilib, qeydiyyat davam edir

06 Avqust 2026 - 11:02

Daxili İşlər Nazirliyinin tabeliyindəki 3 məktəbəqədər təhsil müəssisəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə verilib. Bu barədə Elchi.az-a BŞTİ-dən...

Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

Kolleclərə qəbul üzrə qabiliyyət imtahanlarında iştirak edənlərin sayı artıb

06 Avqust 2026 - 10:09

Hazırda tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul...

Sabah bəzi yerlərdə yağış leysan xarakterli intensiv olacaq

Bəzi yerlərə yağış yağıb – FAKTİKİ HAVA

06 Avqust 2026 - 09:44

Avqustun 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən...

Next Post
Təhsil Nazirliyinin sektor müdiri vəfat etdi

Təhsil Nazirliyinin sektor müdiri vəfat etdi

Təhsil Nazirliyinin sektor müdiri vəfat etdi

Təhsil Nazirliyinin sektor müdiri vəfat etdi

Son xəbərlər

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

06 Avqust 2026 - 11:14
FHN-dən əhaliyə müraciət – VİDEO

FHN küləkli havada çimərliklərə gedənlərə müraciət edib

06 Avqust 2026 - 11:06
Bağça müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

DİN-in 3 bağçası BŞTİ-nin tabeliyinə verilib, qeydiyyat davam edir

06 Avqust 2026 - 11:02
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satış müddətini artırır

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satış müddətini artırır

06 Avqust 2026 - 10:56
Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

06 Avqust 2026 - 10:54
SpaceX raketi Aya düşdü

SpaceX raketi Aya düşdü

06 Avqust 2026 - 10:43
Google süni intellekt bölməsində yüksək rəhbərlik dəyişiklikləri edir

Google süni intellekt bölməsində yüksək rəhbərlik dəyişiklikləri edir

06 Avqust 2026 - 10:38
El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

06 Avqust 2026 - 10:25
45-65 yaş arası bu vərdişlər sizi demansdan 13 il xilas edə bilər

45-65 yaş arası bu vərdişlər sizi demansdan 13 il xilas edə bilər

06 Avqust 2026 - 10:17
Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

Kolleclərə qəbul üzrə qabiliyyət imtahanlarında iştirak edənlərin sayı artıb

06 Avqust 2026 - 10:09
Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşılayıb

Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşılayıb

06 Avqust 2026 - 09:57
Sabah bəzi yerlərdə yağış leysan xarakterli intensiv olacaq

Bəzi yerlərə yağış yağıb – FAKTİKİ HAVA

06 Avqust 2026 - 09:44
Birjalarda neft bahalaşdı

Dünya bazarlarında neft ucuzlaşır

06 Avqust 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

06 Avqust 2026 - 09:26
Ceyhun Bayramov Macarıstana işgüzar səfərə gedib

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

06 Avqust 2026 - 09:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.