"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

 Moskva məscidi yeni dövrə başlanğıc ola bilər: Putin Əliyev və Ərdoğanla anlaşacaqmı?

21 Sentyabr 2015 - 13:25
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də Moskvaya səfər edəcək. Xəbər verildiyi kimi, bu barədə ötən həftəsonu Rusiya mətbuatı məlumat yayıb. Prezident Əliyev həmin tarixdə – mübarək Qurban bayramına bir gün qalmış Moskvada, Sülh prospektindəki yeni Cümə məscidinin açılış mərasiminə qatılacaq.

Rusiya Müftiləri Şurasının sədri şeyx Ravil Qaynutdinin mətbuata bildirdiyinə görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, din xadimləri, həmçinin, Azərbaycan, Fələstin, İordaniya, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçıları iştirak edəcək.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Rusiyaya səfər edəcəyi artıq dəqiqləşib: “Sentyabrın 23-də Moskvada prezident Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın görüşü olacaq”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.
“Türkiyə prezidenti Moskvada məscidin açılış törənində iştirak edəcək. Həmçinin, onun prezident Putinlə görüşü də nəzərdə tutulub. Biz Mahmud Abbasın da mərasimdə iştirakını gözləyirik. Onunla Vladimir Putin ayrıca danışıqlar aparacaq”, – deyə Peskov qeyd edib.
***
İlk baxışda belə təəssürat yarana bilər ki, Putin müsəlman dünyasının ən önəmli dövlətlərinin başçılarını Moskvaya dəvət eləməklə “mini-sammit” düzənləyib bir növ Rusiyanın təklənmədiyini göstərmək istəyir, Qərbə hətta güc nümayiş etdirir. Ancaq mübarək Qurban bayramı günlərinə təsadüf edəcək qarşıdakı mərasim və görüşlər, bizcə, ən çox üç ölkənin – Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, şimal qonşumuzun məhz bu iki türk dövləti ilə əlaqələri hazırda ən çox aktuallıq kəsb edir və həssasiyyətə malikdir.
Yada salaq ki, İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında sonuncu dəfə ikili-üçlü formatda təmaslar Bakıda – I Avropa Oyunlarının açılışı çərçivəsində baş tutmuşdu. Ümumiyyətlə, son zamanlar üç paytaxt arasında əlaqələrdə bir dinamizm müşahidə edilir ki, bu da öncəliklə bölgənin taleyinə həlledici təsirə malik yeni təhlükəli proseslərin vüsət alması ilə, qlobal terror təhlükəsinin üç dövlətin sərhədlərinə yaxınlaşması ilə, nəhayət hər üç ölkənin Qərblə münasibətlərinin bu və ya digər dərəcədə problemli fazaya adlaması ilə bağlıdır.
Əlbəttə, Qərblə mürəkkəb münasibətlər Moskvaya Bakı və Ankaraya yaxınlaşmaq üçün fürsət verir və üstünlük yaradır. Ancaq Bakı və Ankara da boşuna rəsmi Kremlə yaxınlaşmaq istəmir, Moskvadan bunun müqabilində konkret dividendlər umur, nəzərə alır ki, bu gün Rusiyaya Azərbaycan və Türkiyə daha çox gərəkdi, nəinki əksinə.
Təbii ki, ikitərəfli qarşılıqlı münasibətlərə aid həllini gözləyən problemlər də qalır. Bu və digər regional, qlobal xarakterli məsələlərin bir daha və effektli müzakirəsi uçun, obrazlı desək, “saatları Kremllə tutuşdurmaq” üçün Moskva təmasları yaxşı platforma rolu oynaya bilərdi – bir şərtlə ki, Moskva “nəsə verməyi” bacarsın və imperiya ambisiyalarını müvəqqəti də olsa, rəfə qoysun.
***
Söz yox ki, qardaş Türkiyənin üzləşdiyi hazırkı qəliz vəziyyətə rəğmən, Ərdoğanın Rusiyaya yollanmaq qərarına gəlməsi Moskva səfərinə verilən önəmdən və konkret gündəlikdən xəbər verir. Yəni söhbət sadəcə, yeni məscidin açılış törəninə qatılmaq kimi bir ayindən getmir – “Allah evi” sadəcə, bir vəsilədir. Kreml və Ankara arasında isə hazırda iki ən mühüm, həllini gözləyən problem var – “Türk axını”nın taleyi və Suriya (Bəşər Əsəd) məsələsində diametral fikir ayrılığı.
Hər ikisi geosiyasi amillərlə yetərincə qəlizləşən məsələlərdir. Hərçənd, ikinci halda – iqtisadi sferada Moskva və Ankaranın əməkdaşlıq və anlaşma potensialı qat-qat böyük görünür. İqtisadi, energetik sahələrdə bağlılıq isə gec-tez siyasi bağlılığa gətirir.
Şübhə yox ki, bu iki məsələdə hansısa pozitiv irəliləyiş və yaxud fikir ortaqlığı Dağlıq Qarabağ probleminin həll perspektivinə, demək, həm də Rusiyanın Azərbaycanla əlaqələrinin gələcəyinə pozitiv təsirini göstərə, yaxud bu əlaqələr üçün daha münbit zəmin yarada bilər. Üç qonşu ölkənin ortaq maraqlarının olduğu da nəzərə alınarsa, prezidentlərin ikitərəfli formatla yanaşı, “üçlü format”da görüşəcəkləri istisna deyil.
Ötən həftə Türkiyənin yeni xarici işlər naziri Firudin  Sinirlioğlunun Bakı-Soçi marşrutu üzrə Azərbaycan rəhbərliyi və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü bu xüsusda təsadüfi sayıla bilməz və analitiklərə görə, həm də prezidentlərin Moskva görüşünü daha məhsuldar və məzmunlu etməyə yönəlib.
***
Azərbaycanla bağlı da Kremlin iki mühüm gözləntisi var:
1. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və 2. Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi.
Bu yerdə yada salaq ki, ABŞ-ın nüfuzlu “Stratfor” analitik mərkəzinin ekspertləri ikinci məsələ ilə bağlı Bakı və Moskvanın az qala, ilkin anlaşma içində olduğunu, Moskvanın Qafqaz siyasətinin artıq dəyişdiyini və tezliklə Dağlıq Qarabağ ətrafında status-kvonun da dəyişəcəyini qeyd ediblər.
Təbii ki, hər iki məsələdə, xüsusən də sülhməramlılar məsələsində Bakı ilə yanaşı, ikinci sırada Ankaranın “dobro”sunu da almaq gərəkdir. Bakının razılığı üçün əsas şərti çoxdan bəllidir – Qarabağ məsələsində real irəliləyiş, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması. “Türk axını” isə TANAP və TAP-a müəyyən mənada alternativ sayıldığından Türkiyə-Rusiya qaz anlaşması üçün də Ankara istər-istəməz Bakının “xeyir-duası”nı almaq zorundadır.
Sadalanan səbəblərdən təkcə Ermənistan deyil, həm də Qərb və NATO tərəfindən üç paytaxt arasında ikili və üçlü format üzrə növbəti müzakirələrin diqqət və narahatlıqla izlənəcəyi dəqiqdir. Axı söhbət onların da köklü maraqlarına təhlükələrdən gedir.
O ki qaldı, təcavüzkar Ermənistana, heç də pis olmazdı ki, Qurban bayramı günlərində Moskva Ermənistanı nə vaxtsa qurbanlıq edə biləcəyi barədə bir anons edəydi. Türkiyə və Azərbaycanı həmişəlik qazanmaq qarşılığında, bizcə, heç də böyük itki olmazdı.(yeni müsavat)

 

Previous Post

 Moskva məscidi yeni dövrə başlanğıc ola bilər: Putin Əliyev və Ərdoğanla anlaşacaqmı?

Next Post

Rusiyada azərbaycanlı toyun qonaqlarını güllə-baran etdi

Bənzər yazılar

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

05 Oktyabr 2026 - 09:26

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq...

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

Next Post

Rusiyada azərbaycanlı toyun qonaqlarını güllə-baran etdi

Rusiyada azərbaycanlı toyun qonaqlarını güllə-baran etdi

Son xəbərlər

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

05 Oktyabr 2026 - 17:17
İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi

İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi

05 Oktyabr 2026 - 17:10
Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

05 Oktyabr 2026 - 16:59
Almaniya Rusiyanın ehtimal olunan təxribatlarına qarşı müdafiəni gücləndirir

Almaniya Rusiyanın ehtimal olunan təxribatlarına qarşı müdafiəni gücləndirir

05 Oktyabr 2026 - 16:46
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir

05 Oktyabr 2026 - 16:46
Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb

05 Oktyabr 2026 - 16:38
“Sabah” – “Slaviya” qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb

“Sabah” – “Slaviya” qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb

05 Oktyabr 2026 - 16:25
Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydasına dəyişiklik edilib

05 Oktyabr 2026 - 16:14
Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

Azərbaycan XİN AQEM Günü münasibətilə üzv ölkələri təbrik edib

05 Oktyabr 2026 - 16:03
Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 285 mina, 838 PHS aşkarlanıb

05 Oktyabr 2026 - 14:48
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Oktyabr 2026 - 12:43
Azərbaycanda bu kəndi su basdı – Video

Azərbaycanda bu kəndi su basdı – Video

05 Oktyabr 2026 - 12:28
“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20
Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi

05 Oktyabr 2026 - 12:15
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

05 Oktyabr 2026 - 12:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.