"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

​ABŞ-Azərbaycan münasibətləri: avantüra baş tutmadı- ŞƏRH

06 Yanvar 2016 - 21:12
in MARAQLI, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan 34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq etməyi hədəfləyir

Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Sanksiya iddiaları sadəcə iddia imiş...

Bu ilin yazında Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcək.

Dünyanın enerjiyə tələbatı artdıqca, münaqişə ocaqlarının sayı çoxaldıqca nüvə təhlükəsizliyi məsələsi də aktuallaşmaqdadır.

Rusiya, İran və Ermənistanda atom stansiyaları olduğundan, Azərbaycanın da narahatlığı başadüşüləndir.

ABŞ prezidenti Barak Obama martın 31-i və aprelin 1-də keçiriləcək sammitə Azərbaycan Prezidenti İlham Əliyevi dəvət edib.

Ağ Evin indiki sahibinin göndərdiyi dəvətdə deyilir: “Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir”.

Prezident İlham Əliyev bundan əvvəlki üç sammitdən ikisində iştirak edib.

Seulda keçirilən zirvə toplantısındakı çıxışında İlham Əliyev Azərbaycanın nüvə təhlükəsizliyi məsələlərinə münasibətini belə açıqlamışdı: “Azərbaycan qlobal nüvə təhlükəsizliyinə mühüm əhəmiyyət verir və Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması kimi mühüm beynəlxalq sazişlərə qoşulub.

Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə uğurlu əməkdaşlıq qurmuşdur. Biz mövcud uğurlu əməkdaşlığı 2008-ci ildə təsis etdiyimiz Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə daha da genişləndirmək əzmindəyik.

Nüvə silahının yayılma təhlükəsini və coğrafi mövqeyimizi nəzərə alaraq, Azərbaycan ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadə edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Azərbaycan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək yüksək standartlara əsaslanan möhkəm qanunverici baza vasitəsilə ixraca nəzarət üçün güclü sistem yaratmışdır. Bu sistem nüvə qaçaqmalçılığının qarşısının alınmasında özünü etibarlı mexanizm kimi doğruldur.

Azərbaycan coğrafi şəraitini və ətraf mühit üçün baş verə biləcək transsərhəd fəsadları nəzərə alaraq, mülki məqsədlər üçün nüvə qurğularının təhlükəsizliyini və etibarlılığını möhkəmləndirmək məqsədilə göstərilən səyləri tam dəstəkləyir. Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasından olduqca narahatdır. Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir”.

Azərbaycan dünyanın təhlükəsizliyini təhdid edən istənilən məsələyə qarşı öz mövqeyini açıq şəkildə qoyub.

Bütün bunlar öz yerində. Lakin Barak Obamanın dəvətində başqa bir (bəlkə də əsas) mətləb də aşkar oldu: “sanksiya” iddiaları sadəcə iddia imiş…

Rəsmi Bakı ilə Qərb dövlətləri arasında istənilən məsələyə münasibətdə müəyyən fikir ayrılığı yarananda təəssüf ki, bəziləri vəziyyətin daha da mürəkkəbləşməsini arzulayır, hətta istəklərini gerçəklik kimi ictimai rəyə sırımaqdan əl çəkmirlər.

Bu dəvət isə ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən Konqresə təqdim olunan anti-Azərbaycan xarakterli “Azərbaycan Demokratiya aktı” layihəsi adlı sənədin tam şəkildə iflası da sayıla bilər.

Həm də bu dəvət sübut etdi ki, iki dövlət bir-birinin müttəfiqidir. Başqa sözlə, rəsmi Vaşinqtonla rəsmi Bakı arasında münasibət heç də yayılan xəbərlər səviyyəsində kəskin deyil, əksinə, daha yaxındır. Yəni vəziyyəti kəskinləşdirmək istəyənlərin avantürası baş tutmadı…

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

​ABŞ-Azərbaycan münasibətləri: avantüra baş tutmadı- ŞƏRH

Next Post

“Tufandağ” hotellərində yeni mövsüm qiymətləri – SİYAHI

Bənzər yazılar

Azərbaycan 34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq etməyi hədəfləyir

Azərbaycan 34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq etməyi hədəfləyir

20 Avqust 2026 - 16:32

Azərbaycanda gəlmə turizminin təşviqi məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan hədəf ölkələrin sayının artırılması nəzərdə tutulur. Elchi.az xəbər verir ki,...

Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır

Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır

20 Avqust 2026 - 15:43

Ermənistan hökuməti Azərbaycanla sülhü rəsmiləşdirməyə, Türkiyə ilə münasibətləri nizama salmağa, Avropa İttifaqı, ABŞ, İran, Gürcüstanla strateji əlaqələri və Rusiya ilə...

Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

20 Avqust 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında qızıl mədənində baş verən qəza ilə bağlı başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçiriləcək

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçiriləcək

20 Avqust 2026 - 11:38

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

“Tufandağ” hotellərində yeni mövsüm qiymətləri - SİYAHI

“Tufandağ” hotellərində yeni mövsüm qiymətləri - SİYAHI

Son xəbərlər

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

20 Avqust 2026 - 22:20
Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25
İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18
Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

20 Avqust 2026 - 21:16
Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54
Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

20 Avqust 2026 - 19:53
Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50
Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

20 Avqust 2026 - 19:48
Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

20 Avqust 2026 - 19:23
KL: Pley-off mərhələsinə start verilir

KL: Pley-off mərhələsinə start verilir

20 Avqust 2026 - 19:11
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07
Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05
Yasamalda yanğın oldu

Kürdəxanıda yol kənarında tikinti materialları yanıb – YENİLƏNİB

20 Avqust 2026 - 18:57
Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

20 Avqust 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.