“Ümumtəhsil məktəblərinin dərslikləri əsasən beş il müddətinə təsdiq olunur. Hər il korlanan, redaktə xarakterli dəyişikliklər edilməklə az sayda nəşr olunur”.
Bunu Elchi.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O, əlavə edib:”2008-ci ildən kuriklum tətbiq edildikdən sonra yazılan dərsliklərdə vahidlik prinsipi gözlənilmədi. Bu da nəsillər arasında əlaqələri pozdu, əvvəlki illərdə məzun olanlar yeni kitabları oxuyub anlamaqda çətinlik çəkməyə başladılar.
2004-cu ildə ölkə prezidenti dərsliklərin şagirdlərə pulsz verilməsi haaqqında sərəncamından sonra təhsilin əlcatanlığında ciddi irəliləyiş oldu”.
Havar Şəfiyeva