"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ərdoğan Putinlə yanaşı dayansaydı..

09 May 2015 - 12:55
in XƏBƏR LENTİ
FacebookVatsap

Ərdoğan Putinlə yanaşı  dayansaydı..

Bunu da oxuyun

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

24 apreldən sonrakı Türkiyə

Yarım əsrdən artıq Qərbin SSRİ-yə qarşı planlarında ön cəbhəyə çevrilmişTürkiyənin son illər nümayiş etdirdiyi müstəqillik və balanslı xarici siyasət kursunövbəti sınaq qarşısındadır.Doğrudur,keçmişdə Birləşmiş Ştatların əsas strateji dayağı olan bir dövlətin hakimiyyət zirvəsinə mötədil islam platformalı AKP-nin gəlməsi regional və beynəlxalq miqyasda baş verən dəyişikliklərə kəskin fərqli münasibətləri üzə çıxardı, çoxlarının risqli saydığı tərəfdaşların qazanılmasına yol açdı. Lakin 24 apreldən sonrakı Türkiyə tamam başqadır.

Əslində soyuq müharibənin bitməsindən sonra sovet mirasını bir kənara ataraq şərqə-Rusiyaya açılan pəncərə nəinki ənənəvi düşmənçilik münasibətlərini ortadan qaldırdı.eləcə də strateji ortaqlıq üçün mühümiqtisadi və siyasi bağları qurmağa imkan verdi. Özü də yenirusların dövləti maraqlarını tanıyan bir müsəlman ölkəsi ilə dostluğu yalnız qlobal məsələlərin həllində onlara  kömək etmirdi,həmçinin əhalisinin yeddidə birini-20 milyondan artığını islam etiqadlıları təşkil edən bir  məmləkətiradikalizmdən kənar bir iqtidar modeli  ilə tanış etmək,onlara birgəyaşayışın Türkiyə nümunəsini göstərmək,uzun illər vuruşduğun tərəfin üstünlüklərini süngüsüz qəbul etdirmək fürsəti verirdi.
MÜSƏLMANLARA TÜRKİYƏ TESTİ
On ilə yaxın müddətdə Rusiya coğrafiyasının ucqar əyaləti olmaqdan daha çox hərbi və silahlı toqquşmaların önündə gedən Çeçenistanın hələ də antirusdairələrinin,xüsusilədə mütəşəkkil təməlçi qüvvələrin cazibə mərkəzi olaraq qalması fonunda Türkiyədə bütün bunları pisləyən bir iqtidarla yaxından əlaqələr qurmağın faydasını kim inkar edə bilərdi? Ekstremist dini cərəyanlara qoşulan postkommunist cəmiyyətlərini kənardan yönəldənqibləgahların içərisində ən təhlükəsizi Atatürkdən miras qalan dövlətdirsə,bundan hansı haqla imtina etməli?Ona görə özünü Vizantiyanın varisi adlandıranRusiyanın müasir idarəçiləri mürəkkəb şahmat partiyasında-Qərb və Şərq qarşıdurmasında türk fiqurları ilə oynamaqdan özlərini məhrum etmədilər.
Beləliklə,21-ci əsrin iki xarizmatik lideri Putin və Ərdoğanın arasında dərinləşən dostluq münasibətlərinin hesabına yeni iqtisadi-siyasi ittifaqın əsası qoyuldu.Bir çoxları bununla da Avrasiya qitəsində aparıcı rol oynamağa çalışan ABŞ-ın və Çinin qarşısına güclü bir sipərin çəkildiyinidə iddia etdilər.Hər halda ticarət dövriyyəsinin 31 milyard dollara çatması quru statistikadan daha çox beynəlxalq mövqeləri möhkəmlənən iki dövlətin yaxınlaşması demək idi və xalqların təbii-doğal əlaqələrinə qarşı çıxılmayanda yaranan gücün təsdiqiydi.Yenirusların açdığı qapıdan sürətlə içəriyədaxil olan türklər Rusiyanın maliyyə-bank sistemində 12 faizlik paya,inşaat sektorunda dəyəri bir neçə yüz milyard dollara çatan layihələrə sahiblənmək imkanı verdi.Razılaşın ki,dünyanın 20 güclü iqtisadiyyatı klubunda yer almaqla regional ambisyalarını genişləndirməyə çalışan Ərdoğan komandası xarici siyasət vektorunu yalnız Avropa Birliyinin yarımaçılı qapısında gözləməklə keçirən sələflərindən məhz bununla fərqlənməyi bacardı.
Hətta Ukrayna münaqişəsinin yaşandığı son iki il ərzində belə Ankara-Moskva yaxınlaşmasını durdurmaq mümkün olmadı.Görünür,böhranlara təkcə faciə kimi deyil,həm də fürsət olaraq yanaşanlar haqlıdılar.
Suriyada Əsəd rejiminin gələcəyi barəsində onsuz da vahid mövqeyə gəlmək mümkün olmamışdı.Ərəb dünyasnı yenidən quran ölkələrin iradəsi tələb etdiyi halda Suriyaya qoşun yeritməyən Türkiyə bunun həm də Rusiya ilə toqquşma demək olduğunu yaxşı bilirdi.Məgər,Moskvadan göndərilən  İsgəndər və S-300 raketləri,yaxud MİQ-29 qırıcı təyyarələri İran,Hüzbullah və Əsədlə birləşib yalnız bir ölkəni qorumağa xidmət edirdi?Yaxın Şərqin itirilməsi təhlükəsi qarşsında qalan Putinlə son 4 ildə 2 milyona qədər köçkünün sığınacaq tapdığı,silahlı atışmaların sərhəddinə çatdığı bir ölkənin konfrontasiyaya getmıəməsi həqiqətən unikal hadisəydi.
“KRIMSIZ  UKRAYNA”,”KRIMSIZ TÜRKİYƏ” DEMƏK DEYİL
Krım üzərində uzun on illər boyu mədəni-siyasi hamiliyi həyata keçirən rəsmi Ankaranın dünyanın ilhaq kimi tanııdğı hadisə zamanı bir çoxlarının gözləntilərinin əksinə olaraq Qara dənizə qoşun yeritməməsi,üsynçı antirus liderləri formal qəbulla kifayətlənməsi və onlara əlahiddə status tələb etməməsi ilk növbədə,tarixən qanlı rus-türk müharibələrinə meydan olmuş tatar torpaqlarında qüvvələr nisbətininnecə köklü dəyişdiyinin göstəricisiydi.Məgər səsi ilətalelərini müəyyənləşdirən və bir güllə atmadan böyük rus dünyasının tərkib hissəsi olmaq istəyən xalqın Brüssel və Ankaranı deyil,məhz Moskvanı tutmasını kim qadağan edə bilərdi?
Hər halda, Ukraynada Qərbin yürütdüyü siyasəti Türkiyənin bölüşməməsi Moskva ilə yaxınlaşmanın yeni dalğasını yaratdı.Məsələ təkcə iqtisadi sanksiyalara qoşulmamaqda deyildi.Onsuz da ümumAvropa vahid kursunun diversiya edildiyini düşünən Merkel və Olandın öz sıralarına yarım əsrdir buraxmadıqları Türkiyəni qınamağa haqları yoxdur.Ötən ilin dekabrında Qərblə konfrontasiyanın pik vaxtında yeni prezident  sarayına səfərə gələn Putinin “Cənub axını” layihəsini dayandıraraq onu yeni marşrutla əvəzləyəcəyi qərarı isə əsil şok effekti doğurmuşdu.Bütün Avropanın birləşib imtina etməyə hazırlaşdığı rus qazını-mavi qızılını almağa razılıq verməklə Türkiyə NATO-dakı müttəfiqlərini qəzələndirsə də onlar qarşısında mühüm üstünlük əldə edərək avroməmurlardan daim asılı olmaqdan qurtulmuşdu.
Gerçəkdən də bir-birinin ardınca Ərdoğanla görüşə gələn komissarlar dərhal üzvlükdən danışmağa başlamışdılar,Halbuki türk xalqını belə vədlərə inandırmaq qeyri-mümkündür və Avropa ilə dialoqda əhəmiyyətli enerji resursundan özünü məhrum etmək siyasi nadanlıq olardı.61 milyard kubmetr qazın üzərindən,o cümlədən, Azərbaycan, Türkiyə və İranın potensilaından formalaşan enerji gücü Türkiyəni istənilən Birlyin qeyri-azad təmsilçisindən daha əhəmiyyətli söz sahibinə çevirir.Digər tərəfdən, Rusiya Poroşenkodan fərqli olaraq Maydandan və inqilabdan deyil,xalqının iradəsindən formalaşan və Vaşinqtondan təyin olunmayan bir iqtidarla,etibarlı partnyorla işbirliyinin davam etdiyinə taməmin olur.Üstəlik,Donbasdan fərqli olaraq, yeni qaz mərkəzi olan Anapada müharibə getmir,vətəndaşlar qırılmır və boru kəmərlərinə də nə siyasi,nə də hərbi təhülkə var.
RUSLARI  TÜRKLƏRƏ QARŞI QALDIRAN “TROYA ATLARI”
Lakin indi qərblilərin bacarmadığını düz yüz il əvvəl olduğu kimi yenə də ermənilər həyata keçirir.Doğrudanmı,Ermənistan Ankara və Moskva arasında gərginlik yaratmağa,isti münasibətləri tamam korlamağa qadirdir?
Bəlkə də 24 aprelə Vatikanın və digər Avropa siyasi paytaxtlarının həssas yanaşması həm də Rusiyanı qıcıqlandırmaq planının tərkib hissəsi olub?
Əslində yandırılmayan qovluqlar hər zaman işə yarayır.Bir əsr əvvəl də erməni xaqlının kütləvi qırğınlarına görə Berlində məhkəmə quranların niyyəti təkcə Osmanlının varisindən qisas almağı yox, bolşevizmlə kamalizmin birliyinə zərbə vurmağı hədəfləmişdi.
Diqqət edin,Putin erməni soyqırım”nın 100 illiyi ilə bağlı dünyəvi hərəkata qətiyyən başçılıq etmədi,əksinə, öz ölkəsinin paytaxtında dayaqları çox möhkəm olan erməni maliyyə,iqtisadi vəsiyasi gücünün bütün imkanları ilə meydana çıxmasının qarşısını aldı,Moskvanın antitürk isteriyasının yaşandığı məkana dönməsinə yol verilmədi.Yəqin,buradadünya erməniçiliyinin gözləntilərdən danışmağa dəyməz.
Putinin İrəvana səfəri barəsində Sarqsaynın və Nalbandyanın dilindən verilən ilkin bəyənatlar da sonralar sual altına alındı və bunun səbəblərini anlamaq o qədər də çətin deyil.Ən azı 20 gün ərzində bütün arxivləri Türkiyə əleyhinəartilleriya silahına çevirmək həqiqətən çarizmin siyasətini davam etdirərək  ermənilərin Türkiyəyə qarşı iddialarına açıq dəstək vermək anlamına gələ bilərdi.Rusiya rəhbəri bu dəfə Türkiyə ilə münasibətləri qorumaq naminəgenişmiyaslı təxribatlara getmədi və onun İrəvana səfəri bir xalqın faciəvi keçmişini bölüşmək,kədərinə şərik olmaqdan daha üstün məqsədlərə xidmət edirdi.
Yəqin, ekspertlərin süni şəkildə körüklədiyi kreml.ru saytı üzərindən Putinin “soyqırım” bəyənatının detallarını təhlil etməyə elə bir ehtiyac yoxdur.Çünki Rusiya Dumasının 1995-ci ildə məlum tanıma qərarından sonra heç bir hüquqi gücü olmayan deklorativ prezident müraciətlərinin təhlükəsini qabartmaq səbatsızlıqdır.Putin İrəvana dünya ilə apardığı savaşı davam etdirmək üçün getmişdi və bunabirinci olaraq yüz ilin ölülərinə göz yaşı axıdan ermənilər əmin oldular.”Soyqırım” kəlməsini dilə gətirməyən şəxsin çıxışını dinləyənlər sanki Ukrayna ilə döyüş aparan liderin Minskdəki nitqinə şahidlik edirdilər.Məgər, Putinin dünyada artan rusofobiya təhülkəsini Sisernakaberd tribunasında qabartmasının tarixi erməni qırğnları ilə nə bağlılığı var?
Putin  Qərbin “genosid diplomatiyası” iləErmənistana sahiblənmək planınını durdurmaq, Qafqazdakı mühüm ərazi qurşağının həqiqi yiyəsini göstərmək naminə,o cümlədən, son illər İrəvanda sıraları genişlənən atniKreml hərəkatına mesaj vermək üçün son fürsəti əldən buraxmadı.
FAŞİZMƏ QARŞI BAŞ TUTMAYAN YENİ İTTİFAQ
Lakin Ərdoğanın üsyanı sanki bütün dünyada keçmişinə görə qınanan türkün qəzəbini Putinin üzərində yönəltmək hadisəsidir.Halbuki erməni qırğınlarını kriminllaşdırmaq qərarını ən sonda Konstitusiya Məhkəməsi səviyyəsində dayandırmış və Sarqsyanla matəmi birgə bölüşən Frnsua Olanda qarşı oxşar ittihamlar qətiyyən yağdırlmır.Elə isə sual olunur:doğrudanmı,Türkiyə Rusiyanın bir  daha belə suçlamalarına hədəf olmamaq üçün qəti fəaliyyətə keçib?
Bir tərəfdən Taner Yıldız  “türk axının soyqırıma qurban verilməyəcəyini” deyir,o biri yandan iki ölkənin silah sənayesi yeni müqavilələrə imza atır,Ərdoğan isə Putindən incidiyini az qala dövlətlərarası böhranın əlaməti kimi dilə gətirir.Gerçəkdənmi diplomatik skandal dərinləşəcəkvə  Türkiyə 24 aprelin kölgəsindən çıxa bilməyəcək? 9 may qələbəsindətəmsilçiliyini  səfir səviyyəsinə endirmək çıxış yoludurmu?
Siyasi təhlilçilərin son hadisələrin təhlilində 7 iyun seçkilərini unutması çox təəccüblüdür.Ərdoğanın birbaşa başçılıq edə bilmədiyi kampaniya keçmiş rəqiblərinin daha kəskin ittihamları şəraitində keçir.AKP əleyhdarları hakim partiyanı Qərbdən qopmaqda,ənənəvi müttəfiqlərini itirməkdə və ölkədə fundamental insan haqlarına zərbə vurmaqda qınayırlar.Elə Qərbdən gələn basqılar da oxşar tezislərə söykənir.Belə olan təqdirdə,Rusiya kartından yararlanmaq yaxşı seçki texnologiyasına çevrilib.
9 may paradına təntənəli şəkildə protest edib onun içərisinə 24 apreli qatırsan və bununla da alman faşizminə qarşı yenidən birləşmək istəyəməyən Amerikanın,onun Avropalı tərəfdarlarının Moskvaya tətbiq etdikləri siyasiizolyasiyada,boykot hərəkatında iştirak edirsən.Bu nəinki yeni ərazilər ələ keçirməkdə suçlandırılan Putinlə yanaşı durmaqdan imtinadır,eləcə də Qərbin ruslarla müharibədə bu dəfə türklərin 2-ci dünya savaşında olduğu kimi neytral qalmayacağına işarədir. Halbuki Rusiya rəhbəri 100 ilin tarixi qələbəsinə-Çanaqqala  zəfərinəözünün 2-ci adamını göndərmişdi və Ərdoğanın Putinə cavab jesti belə olmamalıydı.
Türkiyə Stalinin qalibiyyətini müasirləşdirmək istəyən Rusiyanın təntənəsində iştirak etməməyi “erməni soyqırımı”na bağlayaraq  ustalıqla Qərbin tərəfinə keçir.Yəqin, Obamadan gözləntilər böyük olmadığından Ərdoğan bütün kin-küdurətini yönəltməyin yaxşı ünvanını tapıb.
Bilirsizmi, bu nəyə bənzəyir? Tehranda müəyyən dairələr Rusiyanı günahlandırır ki,Putin İrana orta mənzilli raketlərisatmaqla onu dünya ilə davasında taktiki silahına çevirir.Diqqət etdinizmi,söhbət bir ölkənin başqsını alət yerində istidafəsindən gedir.
İndi Türkiyə tarixində ilk dəfə Rusiyanın resursları ilə regional və beynəlxalq planlarını reallaşdırmaq imkanından özünü məhrum etməyə çalışır. Əsl “türk qambiti” sayılacaq iqtisadi və enerji maraqlarını erməni məsələsinə qurban vermək həqiqətən düşmənin uğurudu.
Türklər və ruslar birləşib vahid gələcəyə deyil,keçmişə baxacaqlarsa,onda hər iki xaqlın ayağı Moskvadan və İstanbuldan kəsiləcək. Soçi uğrunda hərbi batalyonlarla deyil,inşaat dəstələri ilə mübarizə aparanları meydandan çıxarmaq, Rusiyanı itirmək yenidən keçmiş ədavətlərə qayıtmaq deməkdir.Qafqaz öz dərisində belə savşlarının izlərini çox saxlayıb.Nə vaxt Rusiya-Türkiyə müharibəsi törənibsə,onlara hakimliyi  də ingilislər və almanlar edib.Siz elə bilirsiniz Antanta ötən əsrdə dağılıb və daha mövcud deyil?
Previous Post

Ərdoğan Putinlə yanaşı dayansaydı..

Next Post

Kəlbəcərli gənc Sovet İttifaqı Qəhrəmanı olmalı idi – FOTOLAR

Bənzər yazılar

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

12 Avqust 2026 - 16:35

Əsrarəngiz təbiəti, qədim dövlətçilik ənənələri və zəngin tarixi ilə seçilən Azərbaycan torpağı Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban...

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12 Avqust 2026 - 14:28

Ermənistanda dövlət büdcəsinin vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb. Elchi.az...

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12 Avqust 2026 - 13:14

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat...

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

11 Avqust 2026 - 14:52

İşğaldan azad edilmiş Ağdam şəhərində yeni ictimai və istirahət məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Elchi.az-ın məlumatına görə, şəhərdə inşa...

Next Post

Kəlbəcərli gənc Sovet İttifaqı Qəhrəmanı olmalı idi - FOTOLAR

Kəlbəcərli gənc Sovet İttifaqı Qəhrəmanı olmalı idi - FOTOLAR

Son xəbərlər

Yasamalda yaşayış evində partlayış oldu: Ölən və yaralanan var

Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın olub

13 Avqust 2026 - 09:27
Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini endirdi

Dünya bazarlarında neft ucuzlaşıb

13 Avqust 2026 - 09:13
Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.