"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Kəlbəcərli gənc Sovet İttifaqı Qəhrəmanı olmalı idi – FOTOLAR

09 May 2015 - 13:26
in XƏBƏR LENTİ
FacebookVatsap

apdıq Cəfərov Sovet İttifaqı Qəhrəmanı adına layiq azərbaycanlılardan olub.

Bunu da oxuyun

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Media və Yayım Şurası yaradılıb

Bunun üçün təqdimat da verilib. Azərbaycanın ucqar Kəlbəcər bölgəsindən müharibəyə yollanan bu gənc uzun və mənalı, qəhrəmanlıq dolu döyüş yolu keçib.

Kəlbəcərdən Litvaya gedən yol…

Litva SSRİ-nin faşist işğalçılardan azad edilməsi uğrunda döyüşlər əsasən 1944-cü ilin iyul-oktyabr aylarında olub.

İlk mərhələdə iyul-avqustda Üçüncü Belarusiya və Birinci Pribaltika cəbhələrinin qoşunları respublikanı azad etməyə başlayıblar.

Payızda isə Böyük Vətən müharibəsinin ən böyük strateji əməliyyatlarından birinin sayəsində Latviya və Estoniya ilə yanaşı, Litva da, demək olar ki. Tamamilə hitlerçilərdən təmizlənib. Düşmənin əlində yalnız Klaypeda və Nerinq şəhərləri qalıb. Liman şəhəri Klaypeda uğrunda döyüşlər oktyabr ayında başlayıb, yanvarın sonuna kimi davam edib.

1975-ci ilin yanvarın 29-da Klaypedanın azad olunmasının 30 illiyi tamam olur. Kaunas, Şaulyay və Klaypedanın azad edilməsində azərbaycanlı döyüşçülər də qəhrəmanlıqla vuruşublar.

Bu günlərdə əməkdaşımız qanlı döyüşlərin getdiyi yerlərdə olub, Vyazma sahillərində Berlinə kimi döyüş yolu keçmiş bir neçə azəarbaycanlı haqqında material toplayıb.

Düşmənlə bir addımlıqda…

… Bu gecə döyüş sursatı anbarının qaravolçularından xüsusilə diqqətli olmaq tələb olunurdu. Xatın meşəsində alamanlar əlverişli mövqe tutmuşdular. Bu komandanlığa məlum idi. 2-3 saatdan bir parolu dəyişdirir, qarovulçuladrın sayiq olmaları üçün əlavə tədbirlər görülürdü.

Uzun müddət mühasirə vəziyyətinə düşmü rotadan anacaq 22 nəfər qaravolçu dəstəsi sağ qalmışdı. Dəstə əlverişli mövqedə olduğöundan üçüncü gün idi ki, düşmən silah anabarını ələ keçirə bilmirdi. Hər dəfə meşədən edilən ara-sira hücum bir nəticə vermirdi. Təbiidir ki, dəstə silahdan da korluq çəkmirdi.

Günortadan əsən külək sakitləşmirdi. Hər dəqiqə gözlənilən hücum təhlükəsi anabrı qoruyanları əsəbiləşdiridi. Açıq döyüşə girmək bu vəziyyətdən yaxşı idi. Səhərə kimi sakitlik davam etsə, yəqin mühasirə həlqəsi qırılacaqdı.

Tapdığın növbəsi dəyişildi. Üç gün idi ki, kirpikləri bir-birinə dəyməmişdi. İndi 40-45 dəqiqə mürgüləyə bilərdi. İstirahət butkasına təzəcə çatmışdı ki, növbətçi zabitin “Qaravul, silaha!” komandası eşidildi. Bu, meşədən basqın edildiyini xəbər verirdi.

Bir saata istirahətə gəlmiş əsgərlər yenidən posta doğru tələsdilər. Komandir Cəfərova əmr etdi ki, Ratsiyaya cavab vermək üçün butkada qalsın. İki gün idi ki, komanda məntəqəsi ilə ratsiya əlaqəsi kəsilmişdi. Anbarda isə starşina Xamzayev qaravolçulardan bir-bir siradan çıxması barədə Cəfərova xəbər verirdi. Nəhayət, batalyon aparatı səsləndi. Kimsə vəziyyəti soruşurdu. Tapdıq anbara basqın edildiyini, döyüş dostlarının bir-bir sıradan çıxmalarını bildirdi.


Döyüşə girirəm, yoldaş kombat, ayrı əlacım yoxdur…

Tapdıq onunla ratsiyada danışan kapitana ancaq bunları deyə bildi: “Döyüşə girirəm, yoldaş kombat, ayrı əlacım yoxdur…”

Ablikov Tapdığa bildirdi ki, daha iki saat dözməli olacaqlar.

Vəziyyət həqiqətən çıxılmaz idi. Tapdıq “maksim” ilə sürünə-sürünə posta doğöru can atırdı. Şaxtalı səmaya buraxılan ağ fişənglər böyük ərazidə yeri tamam işıqlandırırdı. Hərdənbir anbarn ərtafinda qumbara partlayr, fasilə ilə vatomat səsləri eşidilirdi. Tapdıq yəqin bilirdi ki, bu, sağ qalan yoldaşalrıənın sayca üstün düşmənə müqavimətidir.

Bir azdan hava işıqlaşacaqdı. Belə şəraitdə təkbətək döyüşə girməyə dəyərdimi? Nə etməli? Kömək yalnız iki saatdan sonra gələcəkdi. Anbarı tutan düşmən yəqin silahı və başqa sursatı ələ keçirəcək, meşəyə daşıyacaqdı. Döyüş dostlarının sıradan çıxmaları Tapdığı az qala dəli edəcıkdi. Nəsə, ağıllı bir hərəkət etmək lazım idi.

O, anbara yaxşı bələd idi. Faşıstlər yan tərəfdən çıxış qapısının olmasını yəqin ki, bilmirdilər. Bəlkə… xoşbəxtlikdən anabrın çıxış qapısı onun 15-20 metrliyində idi. Sürünə-sürünə birtəhər qapıya çatıb, içəri girdi. Arxadan cəftəni vurub nəfəsini dərdi. Anbar yerlatı olduğundan onun rütubət havsı vardı. Kibrit yandırıb ətrafı işiqlandırdı. Heç kəs görünmür, heç bir səs eşidilmirdi. Yəqin etdi ki, döyüş dostlarının hamısı məhv olub. Tapdıq dərin mənəvi sarsıntı keçirsə də, özünü ələ ala bildi. Qapının təxminən 15 metrliyində “səngər” düzəldib bir az nəfəsini dərdi. Qəribə idi, eşikdən səs-səmir eşdilmirdi. “Amma köpək uşaqları bu qapıdan içəri doluşsalar, nə yaxşı olar” deyə o düşündü.

Atəş açmaqdan başqa nə kimi qərar qəbul etmək olardı?…

Birdən güclü zərbədən qapı yerindən oynadı. Projektorun gur işığı içəriyə tuşlandı. Lakin anbara kimsə girmirdi. Qısa danışıq səslərindən sonra dəmir dəbilqəli avtomatçılar sıra ilə içəri dolmağa başladılar. Onlara atəş açmaqdan başqa nə kimi qərar qəbul etmək olardı? İlk atəşlə projektoru da sıradan çıxarmaq lazım idi.

Gözlənilmədən içəridən atılan atəş avtomatçıları çaşbaş qaldı. Qapıya tərfə qaçanlar projektorun işiğında yerə sərildilər Sonrakı atəş gur işıq fanarını çilik-çilik elədi. Tapdığın başı üzərindən bir neçə güllə vıyıltı ilə keçib haraya isə dəydi.

Bir anlığa araya sakitlik çökdü. O, tərlədiyini hiss etdi. Ürəyi şiddətlə vururdu. Düşünürdü ki, yəqin bu saat içəriyə əl qumabaralrı, partlayıcı fişənglər atacaqlar, saatına baxdı. Bizimkilərin gəlmsəinə bir saat qalırdı. Bir saat!

Belə anlarda bir saat bütöv bir əbədiyyətə bərabərdi.

10 dəqiqə keçmişdi. Tank səsi eşidildi. Elə bil anabarı tutub silkələyərdilər. Tapdıq motorun gurultusundan müəyyən etdi ki, bu, “pələng”lərin səsidir. Hava işıqlanırdı. O bunu qapıdan anabarə içinə düşən boz işıq zolağından təyin  etdi. Qəflətən tanklar sakitləşdilər. Deməli, dyanmışdılar.

Tankın biri nərilti ilə qapının ağzında dayanıb “eşələndi”. Boz işıq kəsldi. Anbar yenə silkələndi. Torpaq tavan bir neçə yerdən çökdü. Tapdıq açıqca hiss etdi ki, anabrı yerlə yeksan etmək istəyirlər. Neyləmək olardı?

Bir həftə uçqun altında

Bərk yorulmuşdu. Nədənsə güldü. Bu onu dəhşətə gətirdi. Bəlkə… Yox, bu hələ hər şeyin sonu deyildi. Anbarı partlatmaq fikrini qəti rədd etdi. Onsuz da hərbu sursat düşmənə çətin ki qismət olsun. Bizimkilər gec-tez özlərini yetirəcəkdilər.

Tapdıq ayağa qalxdı. İrəliyə yol kəsilmişdi. Geriyə bir neçə addım atdı. Yan tərəfdən keçib bir xeli addımladı. Ehtiyat qapının harada olduğunu təyin etmək qeyri-mümkün idi. Qulağını torpaq divara söykəyib bayırdan bir səs –səmir eşitmək istəyirdi. Sanki nəhayətsiz bir quyunun dibində idi. Bu səssizlikdən bir an dəhşətə gəldi. Tədricən özünü ələ alıb fikirləşdi. Su içmək istədi. Tez də bu hissi öldürməyə çalışdı. Axı su harda idi? Kürkə bürünüb uzandı. O saatda yuxuya getdi. Nə vaxt oyandığını, nə qədər yatdığını bilmədi. Saatı dayanmışdı. Amma yuxuda o qədər dincəlmişdi ki, dizlərin yerə qoyub Bayraməli bulağından o qədər içmişdi ki…

Ən böyük arzu… su içmək!

Keçə çəkmələrini donu açıldığından barmaqlarının islandığını hiss etdi. Sussuzluqdan yanırdı. Daha yuxusu da gəlmirdi. Deyəsən nəfəs almaq da çətinləşirdi. Kibrit çəkib ətrafa nəzər saldı. Patron dolu yeşiklərdən birini boşaldıb ocaq qaladı. Bir az qızındı. Keçə çəkmələrini qurutmaq istəyəndə gördü ki, onlardan su damcılayır. Sağ əli ilə keçə çəkməsini sıxdı. Sol ovcuna bir qurtum çirkli su damcıladı. Bu an onun ən böyük arzusu elə doyunca su işmək idi. Şəraitin özü başqa cür düşünməkdən məhrum etmişdi…

Tapdıq bir müddət günlərin hesabını apardı. Sonra bunun mənasız iş olduğunu bilib  keçdi. Kibritə qənaət məqsədilə çalışırdı ki, ocaq keçməsin. Son günlər taxta da çətin yanır, nəfəs almaq da ağırlaşırdı. Görünür, anbarda hava tükənirdi…

Aclıq, susuzluq hissləri bir həftə əzab verdi. Sonra anlaşılmaz baş, bədən ağrıları başladı. Bir dəfə tavanı yarmaq istədi. Taqətdən düşdüyünü hiss edib, bu fikirdən əl çəkdi.

Tapdığı bir ümid yaşadırdı

Lakin Tapdığı bir ümid yaşadırdı: “Bir diviziyanın hərbi sursatını niyə torpaq altında itib-batmağa qoysunlar? Bəlkə anbarın yerləşdiyi ərazi düşmənin əlindədir?” Bu cür fikirlər onun beynini didir, əsəblərini daha da gərginləşdirirdi.

… Anbarın üzə çıxarılmasında Ablikov şəxsən özü iştirak edirdi. Əvvəlcədən səgərlərə göstəriş verilmişdi ki, hər bir layı diqqətlə, ehtiyatla götürsünlər. Günortaya yaxın əsgərlərdən biri qapını tapdığını xəbər verdi. Kombat ehtiyatla aşağı endi. Tapdıq içəriyə işıq düşdüyün görüb, tez pulemyotun arxasına sərildi. Gözü qamaşsa da, var gücünü toplayıb qışqırdı:

– Dayan! Kimdir gələn?!

Kombat sevinclə bağırdı.

– Özününkülərdir, kapitan Ablikovdu, tanıdınmı?!

Anbardan cavab eşidilmədi. Bu səs Tapdığa tanış idi. Daha heç bir söz deyə bilmədi. Taqətsiz halda üzüsütə düşdü. Kapitan əsgərin gözünü bağlamağı əmr etdi. Uzun müddət qaranlıqda qaldığından, gözlərinə xətər toxunacağından ehtiyat edirdi.

… Tapdıq xəstəxanada daha çox əzab çəkirdi. Döyüş dostları Berlin istiqamətində vuruşduqları zaman o, həkimlərin, şəfqət bacılarının göstərişlərinə əməl etməyə məcbur idi. Doğurdan da Vyazma, Smolensk, Vitebsk, Minsk, Polotsk, Molodeçno, Orşa, Vilnüs, Dvinsk, Kaunas, Şaulyaya, Klaypeda, Könisberq… şəhərlərinin düşməndən təmizlənməsində qanlı döyüşlərdən çıxıb Berlinə girmək ağır idi.

Xoşbəxtlikdən Birinci Belarusiya cəbhəsinin qoşunları Berlinin 500 kilomtrliyində mövqe tutan zaman Tapdıq Cəfərov yenidən doğma batalionuna göndərildi…


O sovet ittifaqi qəhrəmanı olmalı idi

Komandanlıq cəsur döyüşçü Tapdıq Mehdi oğlu Cəfərovun Sovet İttifaqı Qəhrəmanı adına laiq görülməsi üçün SSR Müdafi Nazirliyinə göndərdiyi məktubunda yazırdı: “T.M.Cəfərov təkcə bir döyüşdə düşmənin 35 əsgər və zabitini qırmışdır…”

Budur, Litva SSRİ Hərbi Komisarlığının təlimatçısı kapitan Z. Lyaqasın Kartotekadan çıxarıb mənə təqdim etdiyi sənəd qarşımdadır. 240-cı alayın qərəgah rəisi (keçmiş komba) kapitan Ablikovun möhürlü arayışından oxuyuram: “Tapdıq Mehdi oğlu Cəfərov həqiqətən Qərb cəbhəsinin 49-cu ardusunda vuruşarkən təkcə bir döyüşdə 345 alman əsgər və zabitini qırıb”.

Tapdıq Cəfərovla eyni hərbi hissədə vuruşan və qəhrəmanklıqla həlak olan azərbaycanlılardan bir neçəsi haqqında bəzi məlumatları öyrənirəm. Onlar Vilnüs ətrafında, çox mənzərəli bir yerdə dəfn olunublar. Yeri gəlmişkən qeyd edim ki, hərbi komisarlıq fəxri xiyabanın ərazisindədir. Budur, baş daşlarına yazılmış familyaları oxuyuram: siravi əsgərlər Ş. Tarverdiyev (1924-45), M. M. Kərimov (1920-45), A. S. Davdov (1921-45), A. A. Əlişanov (1909-45), İ. Cabbarov (1917-45), M. İ. Aşurov (1945), leyitnant İsakov N. K. (1908-45)…

Təəssüf ediləsi budur ki, onların hamısı da qələbə ilində həlak olub. Böyük Vətən müharibəsi qurtardıqdan sonra Tapdıq Cəfərov bir il Vilnüs hərbi qarnizonunun rəisi vəzifəsində işləmiş sonra öz xahişi ilə ehtiyata buraxılaraq, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sərəncamına göndərilmiş, xəstəliyi üznüdən burada işləyə bilməmişdir.

Yenidən Kəlbəcərdə

1946-cı ildə Tapdıq Cəfərov doğma rayounundan Kəlbəcərə gəlmiş rabitə qovuşağınanın rəisi vəzifəsində işləməyə başlamışdır. O, 29 ildir ki, fasiləsiz olaraq bu vəzifədə çalışır, döyüşlərdə, cəbhədə olduğu kimi! Bu müddətdə o, Azərbaycan SSRİ Ali Sovetin Reyassət heyətinin fəxri fərmanı ilə təltiv olunmuş, dəfələrlə SSRi və Respublika Rabitə Nazirliyindən təşəkkür almışdır. 1948-ci ildən rayon sovetinin deputatı, rayon partiya komitəsinin üzvüdür. Tapdıq Cəfərov həmçinin xalq iclasçısıdır.

1972-ci ildən bəri Tapdıq Cəfərovun sinəsini müxtəlif cəbhə ordenləri və medalları ilə yanaşı, “Oktyabr İnqlabı” ordeni də bəzəyir. O müharibədən sonra əvvəlcə rabitə texnikomunun 1969-cu ildə isə ADU-nun hüquq fakultəsini bitirmişdir. “Rabitə ustası Tapdıq Cəfərov keçən il Sov. İKPMK-nın”  həlledici ilin qalibi döş nişanına laiq görülmüşdür. Böyük Vətən müharibəsi 30 ilə yaxındır ki, qurtarıb. Bu müharibənin cəsur döyüşçüsü Tapdıq Cəfərov isə əmək cəbhəsində də fədakarlıqla çalışır.

 

Previous Post

Kəlbəcərli gənc Sovet İttifaqı Qəhrəmanı olmalı idi – FOTOLAR

Next Post

Moskvada keçirilən Qələbə paradı başa çatıb – FOTOSESSİYA

Bənzər yazılar

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Media və Yayım Şurası yaradılıb

Media və Yayım Şurası yaradılıb

07 Avqust 2026 - 13:48

Media və Yayım Şurası yaradılıb. Elchi.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının...

Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14

"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu...

Next Post

Moskvada keçirilən Qələbə paradı başa çatıb - FOTOSESSİYA

Moskvada keçirilən Qələbə paradı başa çatıb - FOTOSESSİYA

Son xəbərlər

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.