Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.
Elchi.az “Blumberq” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə lideri ABŞ-da yəhudi icmasının yüksək səviyyəli bir neçə nümayəndəsi ilə görüşdə deyib.
Ərdoğan mümkün səfərin tarixi barədə məlumat verməyib.
Qeyd edək ki, bu həftə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə də görüşü planlaşdırılır.
Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA
Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və bundan sonra baş...






















Son şərhlər