Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.
“Prezident ikinci səlahiyyət müddəti bitmədən TBMM-də 3/5 səs çoxluğu əldə edərsə, erkən seçki qərarını təmin edə bilər. Bununla Ərdoğan konstitusiyaya uyğun olaraq yenidən namizədliyini irəli sürə biləcək. Belə bir vəziyyətdə Ərdoğan yenidən prezident seçilə bilər. Əgər seçilsə, 2033-cü ilə qədər prezidentlik postunu qoruyacaq”, – nəşr yazıb.
Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Ərdoğan qalib gəlib.
AB liderləri Leyenin işindən narazıdırlar
NZZ: Aİ liderləri fon der Leyenin işinin nəticələrindən razı deyil. Elchi.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) dövlətlərinin liderləri Ursula fon der...