Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kovşarovka kəndini atəşə tutub.
Elchi.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov məlumat yayıb.
“Atəş nəticəsində 73, 85 və 90 yaşlı 3 nəfər, o cümlədən hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq xəsarət alıb. Bununla yanaşı, kənddə yataqxana binası, 2 fərdi yaşayış evi və qaz xətti zədələnib”, – vilayət rəhbəri bildirib.
O eyni zamanda qeyd edib ki, Rusiya ordusu Qluşkovka kəndini də atəşə tutublar:
“Orada 60 yaşlı qadın yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib”.
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən "Factor"un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, Ermənistan...